Protaqor: Universal həqiqət yoxdur, hər kəsin öz həqiqəti var.

Sokrat: Universal həqiqət var, sadəcə, onu axtarmaq lazımdır.

Kant: Universal həqiqəti axtarmaq lazım deyil, o, bizdə anadangəlmədir.

Davamı

Prezident İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanı, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulini və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Dursunbekovu qəbul edib.

Davamı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 22-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olub. Tələbələrlə keçirilən görüşdə akademiyanın fəaliyyəti, buradakı təhsil şəraiti barədə məlumat verilib.

Davamı

Ən münasib variant

«Aydın Yol»çular19.12.2016

Daha bir erməni fəal Azərbaycan, Ermənistan sülh platformasına qoşulub. Vahe Avetyan, Süzan Caginyan və Vahan Martirosyandan sonra Yerevandan olan daha bir fəal - Armen Virabyan erməni-Azərbaycan sülhməramlı Bakı platformasını dəstəklədiyini bildirib.

Davamı

Ağa Musa Nağıyev XX əsrin əvvəllərində Bakıdakı neft bumu zamanında milyonlar əldə edən və sərvəti ilə məşhurlaşan 11 Bakı milyonçusundan biridir. Milyonçunun adı bu gün yaxın dostu və məsləhətçisi Hacı Zeynalabdin Tağıyev qədər hallanmasa da, gördüyü işlər yetərincə olub.

Milyonçunun nəvəsi, oğlu Fərəc Nağıyevin qızı, onun həyat və fəaliyyətinin əsas tədqiqatçısı olan tarix elmləri üzrə fəlsəfə doktoru Dilarə Nağıyeva bizimlə söhbətdə babasının xeyriyyəçi kimi gördüyü işlər və ondan yadigar qalan tikililər barəsində danışıb:

- Babamın Bakıda tikdirdiyi 98 binadan 62-ni aşkarlayaraq, siyahıya almışam. Onlardan 32-i bu gün inzibati idarə kimi xalqa xidmət edir.

Misal olaraq, Dövlət İqtisad Universiteti, AMEA-nın Rəyasət Heyəti, Keçmiş Bakı Prokurorluğu və Hərbi Komissarlıq, Dövlət Neft Şirkəti -“SOCAR”, Səhiyyə Nazirliyi, Diasporla iş üzrə Dövlət Komitəsi, Ağır Cinayətlər üzrə məhkəmə, “Lüteran kilsəsi”, Elmi Tədqiqat Pediatriya İnstitutu, “Azərittifaq”, Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin binası, eləcə də digər məşhur klinika və qurumların yerləşdiyi tikililəri göstərə bilərik.

İnşa etdirdiyi tikililərin sayına görə 11 milyonçudan birincisi sayılan Ağa Musa Nağıyevin Bakıya və Qaraşəhərə Şollar suyu çəkdirəndə, yarımçıq qalan Bakı Realnı Məktəbinin tikintisini başa çatdıranda, xəstəxanalar və mehmanxanalar inşa etdirəndə yalnız bir amalı olub - tarixdə xeyriyyəçilik əməllərilə iz qoymaq!

49 yaşında Qaraşəhərdə neft emalı zavodunu işə salması onu Bakının məşhur milyonçusuna çevirdi. Buna baxmayaraq, o, var-dövlətini şəxsi mənafeyi üçün deyil, xalqın rifahı uğrunda işlərin görülməsinə sərf etdi.

Bakıya Şərq və Qərb memarlıq koloritini gətirən qeyri-adi binaların ideya müəllifi, sifarişçisi və sahibi Ağa Musa Nağıyev olub.

Davamı

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nümayəndə heyəti dekabrın 13-17 tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Beynəlxalq Kitab Sərgisində iştirak edib.

Davamı

Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasından 107 il ötür. Əlamətdar hadisə ilə bağlı Səttar Bəhlulzadənin ev-muzeyində muzeyin veb-saytının (bahlulzade.az) təqdimatı və gənc rəssam Emin Aslanovun “Səttar dünyası” portretlər silsiləsinin açılışı keçirilib.

Davamı

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti (4/2016) sayı nəşr olunub.

Davamı