“Belə bir imkanım olsaydı, mən Cahandar ağanı öldürməzdim” - SORĞU

Sorğu24.04.2017

Yazıçılarımız hansı əsərlərin sonluğunu dəyişmək istərdi?

Ətraflı

Çağdaş Ukrayna şeiri kitabı işıq üzü görüb

Xəbərlər21.04.2017

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – Çağdaş Ukrayna şeiri (“Kişi, qadın və çətir”) kitabı işıq üzü görüb.

Ətraflı

Macarıstanın səfiri Tərcümə Mərkəzində

Xəbərlər19.04.2017

Aprelin 19-da Macarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab İmre Laslotski Tərcümə Mərkəzində olub.

Ətraflı

Azərbaycan xalqının tarixi ərəb dilində

Xəbərlər10.04.2017

ARNK yanında Tərcümə Mərkəzinin növbəti nəşri – “Azərbaycan xalqının tarixi və ya “tərcümeyi-halı” kitabı ərəb dilində işıq üzü görüb.

Ətraflı

Məşhur rus yazıçısı Yuri Trifonovun “Seçilmiş əsərləri” işıq üzü görüb

Xəbərlər11.03.2017

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında  Tərcümə Mərkəzinin yeni nəşri – XX əsr rus ədəbiyyatının görkəmli nümayəndəsi Yuri Trifonovun  “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

Ətraflı

Aprelin 11-də Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Əməkdaşlıq və mədəniyyət müşaviri cənab Yohan Şitterer Tərcümə Mərkəzində olub.

Argentina Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva, Argentina Respublikasının Azərbaycanda konsulu cənab Eduardo Cavallero bu gün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olublar.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – dünya şöhrətli yazıçı Stiven Kinqin “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi istedadlı ədəbi gəncliyin yaradıcılığını işıqlandıran "Yeni söz" adlı ədəbiyyat almanaxı nəşr edib.

ABŞ-ın Amhesrt şəhərində yerləşən Emeli Dikinson muzeyinin qəribə elanı tək Amerikada yox, müxtəlif ölkələrdə ədəbiyyatsevərlərin marağına səbəb olub.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsudun "Report"a müsahibəsi

Afaq Məsud: “Mərkəzimizə olan bu münasibət Azərbaycanın ümumi uğurlarından qaynaqlanır”

“Aydın yol” qəzetinin “Tanınmışların övladları” rubrikasında respublikanın tanınmış şəxslərinin övladları öz valideynləri haqqında danışır. Bu dəfə mərhum şair-rəssam Adil Mirseyidin qızı Ayan Mirseyid atası haqqında acılı-şirinli xatirələrini bölüşür. O, bu gün də atası ilə, yuxularda da olsa, görüşür. Onun və ailəsinin Adil Mirseyidə böyük ehtiyac duyduğu anda şair onları gözlətmir. Sevincli günlərində gülümsər, kədərli günlərində qəmgin baxışlarla yuxularına gəlir:

“Aydın yol” qəzetinin “Ən çox bəyəndiyim tərcüməm” rubrikasının növbəti müsahibi tərcüməçi Mahir N.Qarayevdir. Bizimlə söhbətdə o, Ernest Heminqueyin “Kilimancaro qarları” hekayəsinin tərcüməsi ilə bağlı fikirlərini bölüşür:

“Aydın yol” “Uğurlu əsərlər” rubrikasında bu dəfə 1998-ci ildə ekranlaşdırılan “Nigarançılıq” televiziya tamaşası haqqında  söhbət açacaq. Böyük maarifçi Cəlil Məmmədquluzadənin hekayələrinin motivləri əsasında çəkilən “Nigarançılıq” bu gün də tamaşaçı tərəfindən sevilə-sevilə izlənilir. Yaşar Nuri, Telman Adıgözəlov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Aleksandr Şarovski, Hacı İsmayılov, Rafiq Əzimov, Sənubər İsgəndərli, Yasin Qarayev, Ağaxan Salmanlı kimi aktyorların rol aldığı ekran əsərinin ssenari müəllifi Anar, quruluşçu rejissoru isə Ramiz Həsənoğludur.

Protaqor: Universal həqiqət yoxdur, hər kəsin öz həqiqəti var.

Sokrat: Universal həqiqət var, sadəcə, onu axtarmaq lazımdır.

Kant: Universal həqiqəti axtarmaq lazım deyil, o, bizdə anadangəlmədir.

XV əsrin ortaları... Qara buludlar Teymurun əsasını qoyduğu və öz adını verdiyi imperiyanın başının üstündən yox olmağa, hələ ki, tələsmir… Məhz bu buludların altındakı kimsəsiz Səmərqənd çöllərində bir atlı harasa dördnala çapır. Sanki hər şey onun atının mənzilbaşına tez çatmasından asılıdır… Doğrudan da belədir - o adam mənzilbaşına tez çatmasa, xilaskar rolunu oynamasa, insanlar çox şeydən məhrum olacaqlar…

Çətir, əlcək, corab və burun yaylıqları nə vaxtdan istifadə olunur?

Eskimoslar harada yaranıb?

Din necə yaranıb?

Elm26.08.2016

İlk universitet harda və nə vaxt yaranıb?

London Taueri nə vaxt inşa edilib?

II yazı

Ağa Musa Nağıyev XX əsrin əvvəllərində Bakıdakı neft bumu zamanında milyonlar əldə edən və sərvəti ilə məşhurlaşan 11 Bakı milyonçusundan biridir. Milyonçunun adı bu gün yaxın dostu və məsləhətçisi Hacı Zeynalabdin Tağıyev qədər hallanmasa da, gördüyü işlər yetərincə olub.

Milyonçunun nəvəsi, oğlu Fərəc Nağıyevin qızı, onun həyat və fəaliyyətinin əsas tədqiqatçısı olan tarix elmləri üzrə fəlsəfə doktoru Dilarə Nağıyeva bizimlə söhbətdə babasının xeyriyyəçi kimi gördüyü işlər və ondan yadigar qalan tikililər barəsində danışıb:

- Babamın Bakıda tikdirdiyi 98 binadan 62-ni aşkarlayaraq, siyahıya almışam. Onlardan 32-i bu gün inzibati idarə kimi xalqa xidmət edir.

Misal olaraq, Dövlət İqtisad Universiteti, AMEA-nın Rəyasət Heyəti, Keçmiş Bakı Prokurorluğu və Hərbi Komissarlıq, Dövlət Neft Şirkəti -“SOCAR”, Səhiyyə Nazirliyi, Diasporla iş üzrə Dövlət Komitəsi, Ağır Cinayətlər üzrə məhkəmə, “Lüteran kilsəsi”, Elmi Tədqiqat Pediatriya İnstitutu, “Azərittifaq”, Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin binası, eləcə də digər məşhur klinika və qurumların yerləşdiyi tikililəri göstərə bilərik.

İnşa etdirdiyi tikililərin sayına görə 11 milyonçudan birincisi sayılan Ağa Musa Nağıyevin Bakıya və Qaraşəhərə Şollar suyu çəkdirəndə, yarımçıq qalan Bakı Realnı Məktəbinin tikintisini başa çatdıranda, xəstəxanalar və mehmanxanalar inşa etdirəndə yalnız bir amalı olub - tarixdə xeyriyyəçilik əməllərilə iz qoymaq!

49 yaşında Qaraşəhərdə neft emalı zavodunu işə salması onu Bakının məşhur milyonçusuna çevirdi. Buna baxmayaraq, o, var-dövlətini şəxsi mənafeyi üçün deyil, xalqın rifahı uğrunda işlərin görülməsinə sərf etdi.

Bakıya Şərq və Qərb memarlıq koloritini gətirən qeyri-adi binaların ideya müəllifi, sifarişçisi və sahibi Ağa Musa Nağıyev olub.

Aristip: Xoşbəxtlik – həzzdədir!

Antisfen: Xoşbəxtlik – həzzdən imtinadadır!

II yazı

Taleyin təzadları

Ədəbiyyat12.12.2016

Ürəkdən yazılmış sözlər

Ədəbiyyat12.12.2016

Məşhur ataların övladlarına məktubları

Allah göz yaşlarına inanır

Ədəbiyyat28.11.2016

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin istedadlı gənc ədiblərin təbliği məqsədi ilə nəşrə hazırladığı «Ən yeni ədəbiyyat» antologiyasının ön sözünü oxucuların nəzərinə təqdim edirik.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti (4/2016) sayı nəşr olunub.

Musa Yaqubun yeni şeirləri

Rumın şeirinin “qanunu”

Ədəbiyyat05.12.2016

Poeziya  ağlar gözdür,

ağlar çiyindir,

ağlar çiyinin gözüdür.

Poeziya ağlar əldir,

ağlar fırçanın gözüdür.

Poeziya ağlar nərdivandır,

ağlar dabanın gözüdür.

Poeziya göz yaşı deyil,

gözəl görünmək istəyən gözün yaşıdır.

Romasayağı ayrılıq

Ədəbiyyat05.12.2016

Luici bu axşam İnqanı sonuncu dəfə kokteylə dəvət etmişdi. Qadın heç nədən şübhələnmirdi. Və budu, indi Luici, bu sarısaçlı qadını parçalasınlar deyə, öz dostlarının – o vəhşi heyvanların qabağına atacaqdı.

Arxiv sənədləri nə deyir?

Mədəniyyət05.12.2016

“Arşın mal alan”ın tarixçəsi:

Müharibə dövrünün kinosu

Mədəniyyət07.11.2016

«Sosializm quruculuğunu başa çatdırmaq və tədricən kommunizmə keçmək» əzmində olan SSRİ yaxınlaşan müharibə təhlükəsindən yaxasını qurtara bilmədi.

İlk səsli bədii filmlərimiz

Mədəniyyət29.10.2016

Əsasən müasir mövzuda filmlər ərsəyə gətirən Azərbaycan kinosu 1937-ci ildə tammetrajlı «Dəcəl dəstə» kinolentini istehsal etdi. «Məhəbbət oyunu» və «Mavi dəniz qoynunda» lentlərinin ruhunda çəkilmiş bu ekran əsəri «yeni sovet adamı»nın formalaşdırılması»nın ideoloji təminatını həyata keçirmək məqsədi güdürdü. «Məktəb illərinə, şagirdlərin mənalı istirahətinə, sovet məktəbinin uşaqlarda yoldaşlıq, dostluq, qarşılıqlı yardım, kollektivçilik hissləri tərbiyə etməsinə» həsr olunmuş «Dəcəl dəstə» filminin ssenari müəllifi Y.Fidler, quruluşçu-rejissorları A.Popov və Q.Salamzadə idi, rolları A.Bağırova (əlaçı Nina), A.Mirzəyev (Yusif, birinci şagird), L.Bədirbəyli (məktəbli qız) və başqaları İfa edirdilər. Bəzi milli kino ustalarının ekrandakı ilk işləri baxımından maraqlı olan bu film, quru ritorika səviyyəsindən yuxarı qalxa bilməmişdi.

Repressiyalar dövrünün kinosu

Mədəniyyət01.10.2016

“Azərfilm”in 1938-ci il planında “Bakılılar”, “Kəndlilər”, “Dəcəl dəstə” filmlərilə yanaşı, çəkilişi həyata keçirilməmiş “Ləpirçilər” (“Dəniz kəşfiyyatçıları”) və “O olmasın, bu olsun” (R.Təhmasib və B.Koçetov) mövzuları da nəzərdə tutulmuşdu. Lakin birinci mövzu istehsal çətinlikləri üzündən reallaşdırılmamışdı. Ciddi çətinliklər keçirən Azərbaycan kinosu hələ Ü.Hacıbəyovun məşhur musiqili komediyasını lazımi səviyyədə ekranlaşdırmağa hazır olmadığından, ikinci ideyanın həyata keçirilməsi də təxirə salındı. Dövrün siyasi-ideoloji ab-havası tarixi-inqilabi mövzulara və “sovet adamının formalaşmasına” həsr olunmuş ekran əsərlərinin yaradılmasını tələb edirdi.

Elbəy Rzaquliyevin sənət dünyası

Mədəniyyət07.11.2016

Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi, professional kino rəssamı, yaradıcılığında kino rəssamlığı, rəngkarlıq və qrafika sahələrinin özəlliklərini və incəliklərini xüsusi məharətlə birləşdirməyi və kamil sənət nümunələri yaratmağı bacaran rəssam barədə söz açmaq istəyirik. Bu şəxs Azərbaycanın Xalq rəssamı Elbəy Mirzə Həsən oğlu Rzaquliyevdir (1926-2007).

“Ögey ana” üçün çay dəstgahı

Mədəniyyət07.11.2016

...Hə, “Hüseynbala açıqlığı” deyəsən, burada idi. Taxta çöpünün ucundakı balaca “şüşə xoruz”u almaq üçün hər gün bura cumardıq...Babayevin su dükanı da açıqlığın yanında. Dayanıb səbirsizliklə gözləyərdik ki, Babayev iri buz parçalarını nə vaxt doğrayıb qurtaracaq, sonra onları iri taxta çəlləyə dolduracaq, biz də soyuq “Buratino” limonadından alıb ləzzətlə içəcəyik... Bəs diş həkimi Tağızadənin kabineti harada idi? Hə, yolun kənarında...Bu da “Həmişəri palanı”... Nənəm Kubra arvad 20 qəpik verib tapşırırdı ki, qara çörək alım. Arvadın şəkəri vardı, deyirdi ki, orada satılan çörəyin dadı əladır... Budur, bir addımlıqda da nənəmgilin dalanı... Aktyorların, şair və yazıçıların yaşadığı o məşhur dalan! İndi heç biri yoxdur - nə evlər, nə adamlar. Haqq dünyasına qovuşublar. Elə “Sovetski” deyilən yeri də söküblər, bir-birinə sığınmış o birmərtəbəli tikililərdən əsər-əlamət qalmayıb. Yerində parklar, xiyabanlar salınacaq.  Candan artıq sevdiyim Bakı daha da gözəlləşəcək. Amma mən, Allaha çox şükür, heç nəyi unutmamışam...

Milli kinomuzun üç cəhdi

Mədəniyyət17.10.2016

Milli kino tariximizin dünya kino tarixi ilə yanaşı addımlaması birmənalı şəkildə qürurverici faktdır. 1895-ilin 22 mart tarixində Parisdə Lümyer qardaşlarının məhdud dairələrdə təqdim etdikləri hərəkətli kadrlar və kinonun yaranma tarixi kimi qəbul edilən həmin ilin 28 dekabrının (həmin gündən etibarən kino artıq kommersiya vasitəsi kimi nümayiş edilməyə başladı) üstündən cəmi üç il keçəndən sonra - 1898-ci ilin 2 avqustunda Bakıda yəhudi əsilli mühəndis-fotoqraf A.M.Mişonun “Bibiheybətdə neft fontanı”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” kimi xronika filmləri (hərəkətli kadrları) kino tariximizin şərəfli səhifələridir. Təxminən on yeddi il ərzində Bakı milyonçularının maddi dəstəyi və həvəskar insanların səyi nəticəsində xronika janrına üz tutan kino adamları, nəhayət ki, 1915-ci ildə Azərbaycanın ilk bədii filmini ekranlaşdıra bildilər. İbrahim bəy Musabəyovun eyniadlı “Neft və milyonlar səltənətində” romanının motivləri əsasında ekranlaşdırılan bu film kino tariximizin ilk qaranquşu hesab edilsə də, yaradıcı heyətin əksəriyyətinin (rejissor B.Svetlov, ssenari müəllifi A.D.Panova-Potyomkina, operator Q.Lemberq və s.) qeyri-milli kadrlardan ibarət olması bir qədər ürəkaçan deyildi. Amma Lütfəli bəy obrazının ifaçısı, milli aktyor sənətimizin korifeyi Hüseyn Ərəblinskinin kinodakı debütü o dövr üçün son dərəcə maraqlı və vacib fakt hesab olunurdu.

Şuşada axşamlar yanar ulduzlar...

Mədəniyyət15.10.2016

I yazı

“Facebook” elçiliyi

Yazarlar26.12.2016

İndi yeni ailə qurmuş gənclərdən soruşanda ki, evlənməzdən öncə bir-birinizi harada görüb bəyənmisiniz, əksəriyyəti belə cavab verir: “Facebook”da tanış olmuşuq...

Ən münasib variant

Yazarlar19.12.2016

Daha bir erməni fəal Azərbaycan, Ermənistan sülh platformasına qoşulub. Vahe Avetyan, Süzan Caginyan və Vahan Martirosyandan sonra Yerevandan olan daha bir fəal - Armen Virabyan erməni-Azərbaycan sülhməramlı Bakı platformasını dəstəklədiyini bildirib.

Uduzan kim, udan kim?

Yazarlar12.12.2016

Telekanallardan birində efirə gedən kriminal xəbərlərdəki süjet diqqətimi çəkdi. Üç yeniyetmə polis bölməsində ifadə verirdi. Zahiri görünüşlərindən və geyimlərindən hiss olunurdu ki, imkanlı ailələrin övladlarıdır. Onlar yaşadıqları rayonun ərazisində gecə saatlarında avtomaşınlardan oğurluq etdiklərini, ehtiyat hissələrini isə dəyər-dəyməzinə satdıqlarını etiraf etdilər. Müstəntiqin “əldə etdiyiniz pulu hara xərclədiniz?” sualına hər üçü təxminən eyni cavabı verdi:

1000 dramın erməni dramı

Yazarlar05.12.2016

Ermənistanda övladları orduda həlak olan valideynlərin etiraz aksiyaları səngimək bilmir. Hökumətin qərarı ilə indi hər işləyən şəxsin əmək haqqından ayda 1000 dram (2 dollara yaxın) pul tutularaq hərbi xidmət zamanı ölən, yaxud yaralanan hərbçilərin ailələrinə yardım fondunda toplanacaq.

Biz adətən, dar macalda, işimiz çətinə düşəndə Tanrını köməyə çağırırıq, ondan mədət umuruq, əllərimiz o gözəgörünməzə doğru uzanır. Fransa poeziyasının nəhənglərindən olan Şarl Bodler isə görün nə deyir: