İyulun 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə valideyn himayəsindən məhrum olan uşaqlar üçün istirahət proqramı təşkil edilib. Fondun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 1 saylı körpələr evi və 1 saylı uşaq evində tərbiyə alan uşaqlarla birlikdə şənlikdə iştirak edib.

Davamı

Qolf harada yaranıb?

Davamı

Orfoqrafiya lüğətinin tərifi: “Orfoqrafiya lüğəti - sözlərin düzgün yazılış qaydasını bildirən dil vəsaitidir”

Davamı

Oğlum Maks

Ədəbiyyat01.07.2016

Ağ at və ağ çuxa

Ədəbiyyat01.07.2016

Sözə, bədii mətnlərə tarixin bütün dönəmlərində ehtiyac olub. Söz – zamanın biləyindən yapışan, onun nəbzini yoxlayan bir təbib olub həmişə. Gərdişin əli hər yerdən üzüləndə dünya, qələmin gücünə, bədii sözə söykənib. Bunu zaman-zaman sınaqlardan keçən ədəbiyyatımız da təsdiqləyir. Təəssüf ki, yazılan gözəl əsərlərlə yanaşı, bu günün mənzərəsi fonunda yaşanan xaotik bir söz bumuna da şahid oluruq. Bu, əsl sözə qiymət verən oxucularda bir xəyal qırıqlığı yaradır. Ədəbi mühitdə yaşananlar, məsələn, yaşından, təcrübəsindən, istedadından asılı olmayaraq, romançılığa  aludə olmağın bu gün bir dəb halını alması, nəticədə sözün urvatdan düşməsi ədəbiyyatsevərləri məyus edir. Belədə yazarlarımızın tarixin dolanbaclarından keçib gəlmiş əsərlərinə bir daha üz tutmağa dərin ehtiyac duyulur. Bu baxımdan, dəyərli ədəbi nümunələrdən örnəklər verməyi planlaşdırmışıq. Beləliklə, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Hüseyn Sadiqin (1887-1937) “Ağ at və ağ çuxa” hekayəsi ilə missiyamızı davam etdiririk.

Davamı

20-ci illərin iki filmi

Mədəniyyət01.07.2016

1925-ci ildə Azərbaycan Foto-Kino İdarəsi (AKFİ) yenidən qurulandan, həm siyasi-ideoloji, həm də peşəkarlıq sarıdan ilk uğurlu bədii ekran əsəri yaradılandan sonra respublika rəhbərliyi kinematoqrafa nəzarəti və təzyiqi daha da artırdı. Həmin vaxt N.Nərimanov Azərbaycandan uzaqlaşdırılmışdı, şəriksiz hakimiyyət sahibi olan AK (b) P-nın birinci katibi S.M.Kirov və başqa pillələrdə dayanmış «mətin bolşeviklər» ekran sənətindən «daha da irəli getməyi, sosializmin düşmənlərini ifşa edən əsərlər yaratmağı» tələb edirdilər. Bu səbəbdən də Azərbaycan sovet bədii kinosunda baş verən mövzu axtarışları çoxşaxəli idi, amma atılan addımlar heç də həmişə uğurla nəticələnmirdi.

Davamı

65 il əvvəlin “Otello”su

Mədəniyyət01.07.2016

Teatr bütün zamanlarda cəmiyyətin mədəni, ictimai-siyasi həyatının ayrılmaz hissəsi olub. Səhnənin inkişaf tarixinin hər bir mərhələsi ayrı-ayrı sənətkarların və bütöv kollektivlərin yaratdığı şedevrlərlə bağlıdır – bu əsərlər indinin özündə də teatrların repertuarından düşmür. Azərbaycan teatrının perspektivləri haqqında danışarkən, şübhəsiz, onun keçdiyi tarixi təcrübəni daha dərindən öyrənmək, təhlil etmək və qiymətləndirmək lazım gəlir. Tanınmış jurnalist Fazil Bəhmənzadə çoxdandır ki, Azərbaycan teatrının tarixi inkişaf mərhələləri ilə bağlı ən müxtəlif materialları arxivləşdirmək və gələcək nəsillərə ötürmək kimi nəcib, faydalı fəaliyyətlə məşğuldur. Belə materiallardan biri də M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının 1951-ci ildə Özbəkistana qastrol səfəri ilə bağlıdır. Teatrşünas L.Borisovun qələmə aldığı məqalədə Azərbaycan Dövlət Dram Teatrının səhnələşdirdiyi «Otello» tamaşası, Azərbaycan SSR-nin Xalq artistləri Ələsgər Ələkbərov, Barat Şəkinskaya, Rza Əfqanlı kimi sənətkarların yaratdığı rollar təhlil edilir. Məqalə 1951-ci ildə keçmiş Özbəkistan KP MK-nın, Ali Sovetinin və Nazirlər Sovetinin orqanı olan «Pravda Vostoka» qəzetində dərc olunub. Qəzetimizin oxucuları üçün maraqlı olacağını nəzərə alaraq, öz peşəkar səviyyəsi ilə seçilən «Otello» məqaləsini diqqətinizə çatdırırıq.

Davamı

Gecə qatarları...

Tarix01.07.2016

Ermənilərin Azərbaycan torpaqlarına təcavüzü necə başladı?

Davamı