Elektron ədəbiyyat və sənət portalı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaq evlərində olub

Bölmə: Beynəlxalq 08.07.2016

Körpələr və uşaq evlərində tərbiyə alan uşaqlar onlar üçün tərtib olunmuş müxtəlif əyləncələrdə asudə vaxtlarını keçiriblər.

Leyla Əliyeva uşaqlarla səmimi söhbət edib, onların əyləncələrində iştirak edib.

Qeyd edək ki, Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqlara müntəzəm baş çəkir, onların hansı qayğıya, mənəvi dəstəyə ehtiyacı olması ilə maraqlanır, uşaq və yeniyetmələrin təlim-tərbiyələri, asudə vaxtlarının təşkilində iştirak edir.

İstirahət günlərində, müxtəlif bayram və əlamətdar günlərdə əyləncələrin təşkili isə uşaqlara unudulmaz xoş anlar yaşadır.