Uçurumdan keçən yol

Ədəbiyyat11.07.2016

Sözə, bədii mətnlərə tarixin bütün dönəmlərində ehtiyac olub. Söz – zamanın biləyindən yapışan, onun nəbzini yoxlayan bir təbib olub həmişə. Gərdişin əli hər yerdən üzüləndə dünya, qələmin gücünə, bədii sözə söykənib. Bunu zaman-zaman sınaqlardan keçən ədəbiyyatımız da təsdiqləyir. Təəssüf ki, yazılan gözəl əsərlərlə yanaşı, bu günün mənzərəsi fonunda yaşanan xaotik bir söz bumuna da şahid oluruq. Bu, əsl sözə qiymət verən oxucularda bir xəyal qırıqlığı yaradır. Ədəbi mühitdə yaşananlar, məsələn, yaşından, təcrübəsindən, istedadından asılı olmayaraq, romançılığa  aludə olmağın bu gün bir dəb halını alması, nəticədə sözün urvatdan düşməsi ədəbiyyatsevərləri məyus edir. Belədə yazarlarımızın tarixin dolanbaclarından keçib gəlmiş əsərlərinə bir daha üz tutmağa dərin ehtiyac duyulur. Bu baxımdan, dəyərli ədəbi nümunələrdən örnəklər verməyi planlaşdırmışıq. Beləliklə, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Abbaszadənin (1922-2007) “Uçurumdan keçən yol” hekayəsi ilə missiyamızı davam etdiririk.

Davamı

Qəzetimizin ötən sayında keçən əsrin 50-ci illərində M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının səhnələşdirdiyi “Otello” tamaşası haqqında “Pravda vostoka” qəzetində çap olunmuş məqaləni dərc etmişdik. Yazıda Az.SSR-nin xalq artistləri Ələsgər Ələkbərov, Barat Şəkinskaya, Rza Əfqanlı kimi ölməz sənətkarların rolları təhlil edilirdi. Bir daha qeyd edək ki, Azərbaycan teatrının perspektivləri haqqında danışarkən, şübhəsiz, onun keçdiyi tarixi təcrübəni daha dərindən öyrənmək, təhlil etmək və qiymətləndirmək lazım gəlir.  Bu səbəbdən, tanınmış jurnalist Fazil Rəhmanzadənin Azərbaycan teatrının tarixi inkişaf mərhələləri ilə bağlı ən müxtəlif materialları arxivləşdirməsi nəcib, faydalı fəaliyyət kimi qiymətləndirilməlidir. ADDT-nin səhnələşdirdiyi tarixi, əlamətdar “Otello” tamaşası haqqında 1949-cu ildə Y.Kreçetovanın “Vışka” qəzetində dərc olunmuş ““Otello” Azərbaycan səhnəsində”” məqaləsini çevirərək diqqətinizə təqdim edirik.

Davamı

Qürbətdəki narahat ruh

«Aydın Yol»çular11.07.2016

Bu isti yay günündə qəfildən Vəliəhd Vəliyevi xatırladım...

Davamı

Gecə qatarları...

Tarix11.07.2016

II YAZI

Davamı

O gün heç kim divanə gənc saydıqları Hafizin hara getdiyini bilmədi. Sonradan xəbərgir dərviş kimi heybəsini çiyninə alıb insanlardan uzaqlaşan Hafizi Şirazın ən ucqar nöqtəsindəki bir yerdə huşsuz halda tapan atası da bunun səbəbini ondan soruşmadı. Heç Hafiz də atasına bircə kəlmə demədi. Sonradan eşq damcılayan qəzəllərində o səfərin tarixçəsindən və möcüzəsindən bəhs etdi. Ondan sonra hamı bildi ki, o vaxt gənc Hafiz eyni yuxunu dəfələrlə görürmüş. Yuxudakı naməlum insan Şiraz yaxınlığındakı bir dağda kimsəsiz məzarı ziyarət etməsini Hafizdən tələb edirmiş. Üzü nur qatı ilə örtülmüş həmin adam Hafizə o zaman demişdi ki, o dağdakı kimsəsiz məzarı ziyarət etsə, ona İlahi vergi kimi şairlik istedadı veriləcək və o, bütün müsəlman diyarında tanınacaq.

Davamı

Ramazan sürprizi

«Aydın Yol»çular11.07.2016

Pərdə açılır. Əhvalat bizim günlərdə, İrəvanın düz göbəyində, Respublika meydanında vaqe olur.

Davamı

“Xoşbəxt olun” ekrana çıxır

Beynəlxalq11.07.2016

Son illər ailə-məişət mövzusunda ekranlaşdırılan filmlərin sırasına daha biri əlavə olunub. AzərTAc xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səidə Haqverdiyevanın “Qara qızın qara bəxti” adlı hekayəsinin motivləri əsasında “Xoşbəxt olun” adlı film çəkilib.

Davamı

Bəzən adama elə gəlir ki, rəqəmlər həqiqəti ifadə eləmir: ağlın kəsənə hisslərin şübhəylə yanaşır, rəqəmlə həqiqət arasında uzun-uzadı mütənasiblik tapmaq üzərində baş sındırırsan...

Davamı