Hər suala bir cavab

Elm11.12.2015

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu, heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər zövq almayacaq. Mütləq alacaqlar, çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Müasir dövrdə elmə, biliyə can atmaq daha vacibdir, çünki dünənə kimi qarşımızda bir sirr olaraq qalan çox mətləblər artıq çözülə-çözülə gedir, bildiklərimiz artır, bilmədiklərimiz azalır. Amma nə qədər öyrənsək də, bilmədiklərimiz bildiyimizdən qat-qat çox olaraq qalacaq.

Səhifəmizi müntəzəm izləsəniz, minlərlə mürəkkəb sualın sadə cavabını tapacaqsınız. Bu mətləblərin əksəriyyəti ilə orta məktəbdə rastlaşmışıq, amma təəssüf ki, dərsliklərimizin, nədənsə həmişə qəliz olan elmi dili ucbatından çox şey əxz edə bilməmişik.

Biz heç də o iddiada deyilik ki, “Hər suala bir cavab” rubrikamızı izləyə-izləyə savadlanacaq, alim olacaqsınız. Məqsəd uşaqlarımızın dünyagörüşünü genişləndirmək, onları həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir.

İlqar ƏLFİ

Davamı

“Həm də sevməkdən də güclü sevdirməklə sevin”

Davamı

Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində (SDU) “Azərbaycan gecəsi” keçirilib. Tədbir Özbəkistandakı səfirliyimiz, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və Səmərqənd vilayət hakimiyyətinin birgə reallaşdırdığı Azərbaycan mədəniyyəti günləri çərçivəsində təşkil edilib.

Davamı

İki ölkə arasında mühüm sənədlər imzalanıb

Davamı

XVIII əsrin birinci yarısı – Səfəvilər sülaləsinin son dövrü və Nadir Şah Əfşar imperiyasının mövcud olduğu qısa müddət Azərbaycan tarixinin ən gərgin və maraqlı dövrlərindən biridir. Bu da təsadüfi deyil ki, həmin dövrdə yazılı və şifahi ədəbiyyat, xəttatlıq, miniatür sənəti inkişaf edib, baş verən hadisələri əks etdirən salnamələr qələmə alınıb. Nadir Şahın münşisi Mirzə Mehdi xan Astrabadi məhz həmin dövrün ən etibarlı salnaməçisi sayılır. Onun mətbuatda tam şəkildə ilk dəfə işıq üzü görəcək tarixi sənədlər toplusundan ibarət “İnşa” əsərini qəzetimizin oxucularına təqdim edirik.

Davamı

Kəramət Böyükçölün Etimad Başkeçidlə müsahibəsi

Davamı

Ən ağır daş

Ədəbiyyat11.12.2015

(hekayə)

Davamı