Elektron ədəbiyyat və sənət portalı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda səfərdə olan rusiyalı tələbələrlə görüşüb. M. V. Lomonosov adına Moskva Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) və Rusiyanın Milli Tədqiqat Universiteti “Ali İqtisad Məktəbi”nin (MTU AİM) tələbələri ilə görüşdə bir sıra layihə və təkliflər müzakirə olunub.

Davamı

Son illər ailə-məişət mövzusunda ekranlaşdırılan filmlərin sırasına daha biri əlavə olunub. AzərTAc xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səidə Haqverdiyevanın “Qara qızın qara bəxti” adlı hekayəsinin motivləri əsasında “Xoşbəxt olun” adlı film çəkilib.

Davamı

Əlişir Nəvai adına Daşkənd Dövlət Opera və Balet Teatrının baş rejissoru, Azərbaycanın və Özbəkistanın Xalq artisti, dövlət mükafatı laureatı Firudin Səfərova “Dünya Vətəndaşı” adı verilib.

Davamı

Azərbaycan Dövlət “Yuğ” Teatrında “Rindi-Şeyda” tamaşasının premyerası olub. Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında səhnələşdirilən tamaşanın ideya müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı Rəşid Şərifdir. Tamaşanın musiqi tərtibatı Amid Qasımova, plastik həlli Mikayıl Mikayılova məxsusdur.

Davamı

Odessa şəhər sovetinin daxili siyasət departamentinin və Müqəddəs-Arxangel-Mixayılov qadın monastırının dəstəyi ilə Ukraynanın Odessa şəhərində həmyerlimiz, tanınmış kinorejissor, ssenarist Nadir Maçanovun “İnam, ümid, sevgi” adlı sənədli filminin təqdimatı keçirilib. Filmin prodüserləri Nadir Maçanov və Şahnaz Abdullayevadır.

Davamı

Heydər Əliyev Fondunun təşəbbüşü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin Yevlax şəhərində toplantısı keçirilib. İclasda Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun ötən müddət ərzində gördüyü işlər, həyata keçirilən layihələr, həmçinin Fondun yeni yaradılan İctimai Birliyinin fəaliyyəti barədə məlumat verib.

Davamı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Sammitində iştirak etmək üçün iyulun 7-də Polşanın paytaxtı Varşavaya işgüzar səfərə gəlib.

Davamı