Elektron ədəbiyyat və sənət portalı

“Yuğ”da premyera da olub, ictimai baxış da

Bölmə: Beynəlxalq 09.07.2016

Janrı səmavi eşq ayini kimi təyin olunan tamaşada rolları teatrın aktyorları - Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov ifa edib.

Səhnə əsərində Məhəmməd Füzuli, Kamal Abdulla, Ramiz Rövşən, Salam Sarvan, Vaqif Bayatlının poetik mətnlərindən və ifaçıların öz ədəbi materiallarından istifadə olunub.

Tamaşada 3 aşiq xüsusi məkana daxil olub, onları narahat edən, əzab verən mənəvi-psixoloji komplekslərindən azad olub, yeni mənəvi-psixoloji keyfiyyətlərlə yollarına davam edirlər.

***

“Yuğ” Teatrında “Medeya. Sekvensiya 001” tamaşasına ictimai baxış olub. Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.

Apokrifik etiraf janrında hazırlanan tamaşada rolları teatrın aktyorları Əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova ifa edib.

Səhnə əsəri Medeyanı oynamağa cəhd edən iki aktrisa arasında dialoq üzərində qurulub: biri - uşaqlarını öldürməmişdən öncə, o biri - öldürdükdən sonra.

Səhnə əsəri aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır. Tamaşanın yaxın vaxtlarda premyerası keçiriləcək.