Elektron ədəbiyyat və sənət portalı

“Qohumlar” təqdim olunacaq

Bölmə: Beynəlxalq 09.07.2016

İyulun 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) yeni səhnə əsəri-“Qohumlar”ın təqdimatı olunacaq. Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, tamaşa Kalmık Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Boris Mandjiyevin quruluşunda səhnələşdirilib. Ötən ay premyerası baş tutan “Qohumlar” tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və B.Basanqov adına Kalmıkiya Milli Dram Teatrı rəhbərlərinin imzaladığı qarşılıqlı yaradıcılıq müqaviləsinə əsasən hazırlanıb.

İki hissəli müzikl janrlı tamaşada rolları Əməkdar artistlər Şövqi Hüseynov, Naibə Allahverdiyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Atabala Səfərov, aktyorlar Mehriban Hüseynova, Könül Əbilova, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova və Zümrüd Quliyeva ifa edəcək.