Elektron ədəbiyyat və sənət portalı

Sentyabrın 15-dən 24-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək. Festivalda ölkəmizin müxtəlif teatrları ilə yanaşı, Rusiyanın Moskva “Trikster” Teatrı, Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əhli Dubay Bələdiyyə Teatrı, Gürcüstanın C.Axmeteli adına Tbilisi Dövlət Dram Teatrı və N.Dumbadze adına Professional Dövlət Gənclər Teatrı, İran İslam Respublikasının “Negab” Teatrı və başqa ölkələrin teatrları maraqlı tamaşalarla iştirak edəcəklər.

Davamı

Prezident İlham Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak edib. Dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.

Davamı

Görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” - “Sehrbazlar dərəsi” - “Unutmağa kimsə yox...” adlı romanlardan ibarət trilogiyası Rusiyanın məşhur “Художественная литература” nəşriyyatı tərəfindən “Qarağacın kölgəsində” adlı kitabda (“Под сенью Карагача”. Москва, “Художественная литература” nəşriyyatı, 2016-cı il, 728 səhifə) bir yerdə nəşr edilib.

Davamı

Britaniyalı yazıçı Helen Fildinqin Bricit Cons haqqında dördüncü kitabı bu ilin oktyabr ayında çıxacaq. “Balaca Bricit Cons” kitabı Rene Zellvegerin bu əsər əsasında çəkdiyi üçüncü filminin premyerasından 1 ay sonra işıq üzü görəcək.

Davamı

Əsgər İvan Çonkin haqqında trilogiyanın müəllifi, yazıçı Vladimir Voynoviç rus mədəniyyət işçilərinin “rəhbərliyi razısalma” xüsusiyyətindən danışıb. Müsahibə verən və maraqlı şərhləri ilə yadda qalan Voynoviç bir sıra məsələlərə toxunub.

Davamı

IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Soçi Milli Parkındakı Qafqazda Bəbirlərin Bərpası Mərkəzində olub.

Davamı

Prezident İlham Əliyev Xaçmaz rayonuna səfərə gəlib. Dövlət başçısı xalqımızın Ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Prezident İlham Əliyevə abidənin ətrafında yaradılan şərait barədə məlumat verdi.

Davamı

Sentyabrın 18-də Bakıda Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildirilib ki, festivalın açılış mərasimi hər il olduğu kimi bu dəfə də dahi bəstəkarın doğum günündə, yəni sentyabrın 18-də olacaq. On gün davam edəcək festivalda Azərbaycanla yanaşı, xarici ölkələrdən gələn, tanınmış musiqiçilər iştirak edəcəklər.

Davamı