Elektron ədəbiyyat və sənət portalı

Rusiyalı müğənni Alsu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirinə yazılmış “Gedim, bir az ağlayım” (“Я пойду чуть-чуть поплачу”) mahnısını ifa edib. Mahnı əsasında çəkilmiş yeni klip “YouTube”da ilk dəfə təqdim olunub.

Davamı

Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - “Bakutel-2016” ilə tanış olublar.

Davamı

Noyabrın 3-dən 12-dək Bakıda VII Avropa Film Festivalı keçiriləcək. Festivalda Avropa İttifaqının 19 ölkəsində istehsal olunmuş bədii və sənədli filmlər nümayiş olunacaq. Festival çərçivəsində tamaşaçılara müxtəlif kateqoriyalarda - komediya, dram, romantika, fantastika, macəra janrlarında bədii və sənədli ekran əsərləri təqdim ediləcək.

Davamı

Vaşinqtonda yerləşən və Corc Vaşinqton Universitetinin nəzdində fəaliyyət göstərən məşhur Tekstil muzeyində Azərbaycan Mədəniyyəti Günü keçirilib. Tədbir ölkəmizin ABŞ-dakı səfirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Corc Vaşinqton Universitetinin azərbaycanlı tələbələr assosiasiyası tərəfindən təşkil olunub. Tədbirə universitetin tələbə, müəllim və tədqiqatçıları ilə yanaşı, ictimaiyyət nümayəndələri də qatılıb.

Davamı

Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib. Prezident İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç biznes forumda iştirak ediblər.

Davamı

Bugünlərdə Heydər Əliyev Mərkəzində İDEA İctimai Birliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı – FAO-nun birgə təşkilatçılığı ilə Ümumdünya Ərzaq Gününə həsr olunmuş tədbir keçirilib.

Davamı

Oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyi qeyd ediləcək.

Davamı

50 yaşlı Fransa yazıçısı Frederik Beqbeder Ukraynaya səfəri zamanı jurnalistlərlə bir çox mövzularda – ukraynalıların çətin seçimi, özünün qorxaqlığı, dopinq asılılığı, qızının yersiz sualları, gələcək romanının süjet xəttindən – danışıb.  O deyib ki, Ukraynanı təkcə gözəl qadınlarına görə sevmir, həm də ukraynalılar çox mehriban insanlardır: “Ancaq ukraynalılar hələ avropalı, yaxud rus olduqlarını tam təyin edə bilməyiblər. Bildiyim qədər onlar  avropalı və ya rus yox, sadəcə, ukraynalı olmaq istəyirlər. Maraqlıdır, Ukrayna öz seçimini edə biləcəkmi? Mən azadlıq uğrunda mübarizə aparan insanları təqdir edirəm”.

Davamı