Elektron ədəbiyyat və sənət portalı

İyulun 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında səhnələşdirilmiş tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Kişineudakı Ejen İonesko adına teatrın yaradıcısı və rəhbəri Petru Vutkereu, tərtibat rəhbəri Xalq rəssamı Nazim Bəykişiyev, quruluşçu rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Davamı

İyulun 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə valideyn himayəsindən məhrum olan uşaqlar üçün istirahət proqramı təşkil edilib. Fondun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 1 saylı körpələr evi və 1 saylı uşaq evində tərbiyə alan uşaqlarla birlikdə şənlikdə iştirak edib.

Davamı

ABŞ-ın Hyuston şəhərində, “Blurp” nəşriyyatında Yusif Pənahpurun təqribən 200 səhifə həcmində, ingilis dilində “Heç vaxt bitməyəcək səyahət. Anamın ailəsinin tarixçəsi” kitabı çapdan çıxıb. Bu barədə AzərTAc-a rejissor Ziya Şıxlinski məlumat verib.

Davamı

İyunun 28-dən 30-dək Bakıda “Azərbaycan, doğma diyar” devizi ilə Milli Azlıqların V Respublika Festivalı keçirilib. İyunun 30-da Xalça Muzeyində milli azlıqların həyat və məişətindən söhbət açan “Vahid ailədə” adlı fotosərgi təqdim olunub və “Azərbaycanda yaşayan milli azlıqların mahnı və rəqs folkloru nümunələri” diskinin və fotokataloqunun Azərbaycan, ingilis, rus, fransız və alman dillərində təqdimatı keçirilib.

Davamı

Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Davamı

BMT-nın mənzil-qərargahında Bakıda keçirilmiş Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yekunlarına həsr olunan tədbir keçirilib. Tədbirdə BMT-yə və Sivilizasiyalar Alyansının Dostluq Qrupuna daxil olan ölkələrin rəsmiləri iştirak ediblər.

Davamı