Elektron ədəbiyyat və sənət portalı

İsrail müstəqillik alan andan yeni dövlətin başçısı Ben-Qurion ən yaxın vaxtda nüvə silahına malik ölkələr sırasına qoşulmağı milli prioritetə çevirdi. Bu istiqamətdə ilk əhəmiyyətli addım 1955-ci ildə atıldı. O vaxt Birləşmiş Ştatlar prezidenti Duayt Eyzenhauerin təşəbbüsüylə İsrail 5 meqavatt gücündə bir nüvə reaktoru aldı. Bu reaktor hərbi istiqamətdə nəsə bir ciddi iş görmək üçün həddindən ziyadə gücsüz idi. Bundan başqa, dinc məqsədlər üçün istifadə olunmalı həmin reaktor, amerikalıların özü tərəfindən müntəzəm yoxlamalara məruz qalırdı.

Davamı

XVIII əsrin birinci yarısı – Səfəvilər sülaləsinin son dövrü və Nadir Şah Əfşar imperiyasının mövcud olduğu qısa müddət Azərbaycan tarixinin ən gərgin və maraqlı dövrlərindən biridir. Bu da təsadüfi deyil ki, həmin dövrdə yazılı və şifahi ədəbiyyat, xəttatlıq, miniatür sənəti inkişaf edib, baş verən hadisələri əks etdirən salnamələr qələmə alınıb. Nadir Şahın münşisi Mirzə Mehdi xan Astrabadi məhz həmin dövrün ən etibarlı salnaməçisi sayılır. Onun mətbuatda tam şəkildə ilk dəfə işıq üzü görəcək tarixi sənədlər toplusundan ibarət “İnşa” əsərini qəzetimizin oxucularına təqdim edirik.

Davamı

Qəhrəman, telejurnalist, gözəl şair, səmimi, böyük ürəyə sahib olan Alı Mustafa oğlu Mustafayev 1952-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdu. Daşı-torpağı, havası-suyu şairlər, ziyalılar, şəxsiyyətlər yetişdirən Qazax, Alı Mustafayevə şair qəlbi, şair qələmi bəxş etdi. Onun ilk şeirləri 1973-cü ildə “Elektrik” qəzetində dərc olunmağa başladı. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil oldu. Beləliklə A.Mustafayev 1981-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin “Xəbərlər” proqramında jurnalist kimi fəaliyyətə başladı. İşlədiyi müddətdə “İlin ən yaxşı jurnalisti”, “Qızıl qələm” mükafatlarına layiq görüldü. Alı Mustafayev daha sonralar işləyə-işləyə Ali Partiya məktəbini də bitirdi. O, reportajlarında faktları və rəqəmləri təhrif etmədən tamaşaçılara çatdırıb. Son zamanlar cəbhənin ən qaynar nöqtələrindən, Topxana meşəsindən, Moskva Qurultaylar sarayından, İcevan görüşlərindən yetərincə maraqlı, dolğun verilişlər hazırlayırdı. Vətəni üçün bütün qüvvəsini, mənəvi, fiziki gücünü ortaya qoymuşdu.

Davamı

Azərbaycan xalqını 18 Oktyabra aparan yol nə qədər mürəkkəb idisə, bu müstəqilliyin qorunub möhkəmləndirilməsi bir o qədər məsul və şərəfli idi...

Davamı

Səfəvi dövləti Azərbaycan və İran dövlətçilik ənənələrində köklü dəyişikliyə səbəb olduğu üçün tədqiqatçılar tərəfindən tez-tez müraciət edilən bir mövzudur. Bu baxımdan hər iki xalqın tarixçilərinin Səfəvi üzərinə tənqidləri və Səfəvi dövləti sonrasında yaranan mədəniyyəti anlamağa səy etmələri çox təbiidir. İran paradoksallığı və ya dualizmi İran coğrafiyasında qurulan dövlətlərin əksəriyyətində öz əksini tapdığı kimi, artıq qurumsallaşmağa (institutlaşmağa) başlayan Şiə-Səfəvi dövlətində də türk-fars ünsürlərinin təşkilatlanmadakı mövqeləri ilə (daha doğru desək səlahiyyətlərin və vəzifələrin bölünməsi ilə) özünü büruzə verib.

Davamı

Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşadığı mülkdə (indiki Milli Azərbaycan Tarixi Muzeyində) 9 otaqdan ibarət  “H.Z.Tağıyevin xatirə muzeyi” yaradılıb. Azərbaycan və İtaliya mütəxəssisləri Xatirə muzeyinin otaqlarının, əşyaların, mebellərin əvvəlki görkəmini Tağıyevin ailə fotoalbomları əsasında bərpa edə biliblər. Onun iş otağı, Şərq zalı, kitabxana, bilyard otağı, yemək otağı, məlumat otağı, Sona xanım Tağıyevanın bəzək otağı, yataq otağı, təmizlik otağı ziyarətçilərin ixtiyarına verilib.

Davamı

İlqar Əlfinin araşdırmaları “Tam məxfi” layihəsində

Davamı

Türklərin quruda və dənizdə (ingilis, fransız və rus hərbi gəmilərinin Navarin limanında Osmanlı donanmasını sıradan çıxartdıqları üçün) ən zəif vəziyyətə düşdüyü bir zamanda - 1828-ci il, aprelin 26-da Rusiya Türkiyəyə müharibə elan etdi. Hər iki tərəf müharibəyə hazırlıq işlərinə başladı.

Davamı