Elektron ədəbiyyat və sənət portalı

Azərbaycan Xalq Cümhuriyyəti Şimali Qafqazda Dağlı Respublikası yaradıldıqdan sonra dağlı xalqlarına davamlı şəkildə maliyyə, iqtisadi, diplomatik və hərbi yardımları göstərməyə başladı. 1918-1919-cu illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti özünün çətin vəziyyətdə olmasına baxmayaraq, Dağlı Respublikasına 50 milyon manat həcmində maliyyə yardımı göstərdi ki, bu da 1919-cu il üçün AXC-nin dövlət büdcəsinin 1/8 hissəsini təşkil edirdi.

Davamı

Fransada yaşamış azərbaycanlı yazıçı Ümmülbanu Əsədullayeva (18 dekabr 1905 - 23 oktyabr 1992) (Umm-El-Banine Assadoulaeff) məşhur neft milyonçuları Musa Nağıyev və Şəmsi Əsədullayevin nəvəsi və Azərbaycan Xalq Cümhuriyyəti dövründə iqtisadiyyat naziri olmuş Mirzə Əsədullayevin qızıdır.

Davamı

XIX əsrin əvvəllərində ermənilərin Cənubi Qafqaza, Azərbaycana kütləvi köçürülməsi Rusiyanın Rusiya-İran müharibələrində qələbəsi nəticəsində mümkün oldu. Əlbəttə, erməniləri Qafqazda yerləşdirmək, onları öz himayəsi altına almaq siyasəti I Pyotr tərəfindən başlamışdı və sonralar digər Rusiya çarları da bunu davam etdirmişdilər.

Davamı

Osmanlı imperiyası. Bu çoxmillətli və çoxdinli türk dövləti tarixin ən böyük imperiyalarından biri və bütün dünyada yaşayan türklərin qürur mənbəyidir.

Davamı

Nadir şah Əfşarın 1747-ci ildə sui-qəsd nəticəsində öldürülməsindən sonra onun yaratdığı böyük imperiya parçalandı. İmperiyanın parçalanması nəticəsində Azərbaycan ərazisində xırda dövlətlər – xanlıqlar yarandı. Yaranmış müstəqil feodal dövlətlərdən – xanlıqlardan biri də Araz və Kür çayları arasındakı geniş ərazidə yerləşən Qarabağ xanlığı idi. Qarabağ xanlığı İrəvan, Şəki, Gəncə, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.

Davamı

XVIII əsrin birinci yarısı – Səfəvilər sülaləsinin son dövrü və Nadir Şah Əfşar imperiyasının mövcud olduğu qısa müddət - Azərbaycan tarixinin ən gərgin və maraqlı dövrlərindən biridir. Bu da təsadüfi deyil ki, həmin dövrdə yazılı və şifahi ədəbiyyat, xəttatlıq, miniatür sənəti inkişaf edib, baş verən hadisələri əks etdirən salnamələr qələmə alınıb. Nadir Şahın münşisi Mirzə Mehdi xan Astrabadi məhz həmin dövrün ən etibarlı salnaməçisi sayılır. Mətbuatda tam şəkildə ilk dəfə işıq üzü görəcək onun tarixi sənədlər toplusundan ibarət “İnşa” əsərini bu sayımızdan başlayaraq qəzetimizin oxucularına təqdim edirik. İlk öncə oxucuları filologiya elmləri doktoru Paşa Əlioğlunun əsərə yazdığı ön sözlə tanış edirik.

Davamı

Osmanlı imperiyası. Bu çoxmillətli və çoxdinli türk dövləti tarixin ən böyük imperiyalarından biri və bütün dünyada yaşayan türklərin qürur mənbəyidir. Dövlətin əsası 1299-cu ildə oğuzların Qayı boyundan olan Osman bəy tərəfindən qoyulub. Banisinin Osmanoğulları Bəyliyi adlandırdığı dövlət, sonralar nəhəng imperiyaya çevrilib – dünya tarixinə, siyasətinə böyük təsir göstərib. Üç qitəyə yayıldığı illərdə ən qüdrətli dövrünü yaşayan Osmanlı imperiyası mahiyyətcə əsası Səlcuqlar tərəfindən qoyulan Türkiyə dövlətinin ikinci mərhələsi hesab olunur.

Davamı

II Ehsan xan, Rəhim xan və Cəfərqulu xan Naxçıvanskilərin keşməkeşli ömür yolu

Davamı