Elektron ədəbiyyat və sənət portalı

...Bu ucsuz-bucaqsız səhra sanki heç vaxt bitməyəcək. Adama elə gəlir ki, dəvə karvanı gecənin kimsəsizliyində bir addım da irəliləmir, sadəcə, sonsuzluğun girdabına düşüb yerində ayaq döyür, ya da qrammofon valı kimi hey dövrə vurur.

Davamı

Xocalı soyqırımından 24 il keçir

Davamı

O gün elə bil Tanrının yastığı cırılmışdı. Göydən qar əvəzinə  quş lələyi yağırdı sanki... sakitlik idi... Amma birdən göydən yağan ağ lələklərə elə bil od düşdü, alov parçaları yağmağa başladı. Adamlar ümidi, inamı çətir edib evlərindən çıxdılar- bir insan güllə yağışında ancaq belə gedə bilər...

Davamı

Xəzərin Bakı körfəzində yerləşən Böyük Zirə (əvvəlki adı Nargin) adası açıq havada sahildən çox aydın görünür. Adada yerləşən mayak gecə-gündüz gəmilərə, durna qatarlarına yol göstərir. Əhalini Bakı buxtasında dəniz səyahətinə aparan kiçik gəmilər adanın yaxınlığında dövrə vurarkən rəmzi olaraq fit verir. Əslində bu fit, dənizin ortasında baş qaldırmış bir ovuc qayalıq torpaqda şəhid olmuş yüzlərlə günahsız insanın əziz xatirəsinə dərin ehtiram əlamətidir.

Davamı

“Aydın Yol” qəzeti 1990-cı il yanvrın 20-də Bakıya, dinc şəhərə vəhşicəsinə hücum edən sovet qoşunlarının törətdiklərinin şahidi olan adamların xatirələrini dərc edir. Moskva  mətbuatı 1990-cı ildə dinc nümayişə çıxıb qətlə yetirilən insanları ekstremist adlandırdı. Bu yazıda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə hərbi terrordan əziyyət çəkənlərə inanılmaz dərəcədə ağır şərtlərdə yardım edən həkimlərin ifadələri toplanıb.

Davamı

...Sirli Tehran yazın ilk qədəmlərinə qulaq versə də, hələ qış yuxusundan tam oyanmayıb. Günəşin zəif şüaları sanki bu nəhəng şəhəri isindirməyə kifayət eləmir. Bir də ki, ilk baharın bu erkən, yalançı istisi qoca Tehranın nəyinə gərəkdi? Qazan kimi qaynayan möhtəşəm şəhərin həyatı onsuz da burulğanı xatırladır. Təmkinli Tehran nəyin nə vaxt və nə qədər lazım olduğunu yaxşı bilir...

Davamı

Azərbaycan Yeni ili qarşılayır, ötən il hansı hadisələrlə yadda qaldı?

Davamı

İlqar Əlfinin araşdırmaları “Tam məxfi” layihəsində

Davamı