“Aydın yol” “Ən uğurlu filmlər” rubrikasında son illər Azərbaycanı dünyada uğurlu təmsil edən “Çölçü” haqqında söhbət açacaq. Xatırladaq ki, 2012-ci ildə lentə alınan film 12 beynəlxalq mükafata layiq görülüb və 5 qitədə nümayiş etdirilən yeganə Azərbaycan filmidir. “Çölçü”nün rejissoru Şamil Əliyev filmin istehsalat prosesindən tutmuş, qazandığı nailiyyətlərə qədər hər şey haqqında danışıb:

Davamı

“Atam deyirdi ki, bütün dünya məndən danışacaq”

Davamı

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi gənc yazıçı və şairlərin bədii əsərlərinin toplanacağı “Ən yeni ədəbiyyat” adlı antologiya hazırlayır.
Azərbaycan ədəbi gəncliyinin təbliği, gənc istedadların üzə çıxarılması məqsədi ilə hazırlanan kitabın redaksiya heyətində tanınmış ədəbiyyat xadimləri - yazıçılar, tərcüməçilər və ədəbi tənqidçilər yer alıb. Antologiyanın ekspertlərindən biri, ədəbi tənqidçi Əsəd Cahangir “Aydın Yol” qəzetinə müsahibəsində layihənin vacibliyi, eləcə də, çağdaş ədəbi gəncliyin bugünkü durumu barədə danışdı:

Davamı

Ötən həftə, iyulun 20-də Xalq artisti, rejissor-aktyor Ramiz Əzizbəylinin 68 yaşı tamam oldu. Təəssüflər olsun ki, “Bəxt üzüyü”, “Yalan”, “Pirverdinin xoruzu” kimi filmlərin rejissoru iki ildən artıqdır ki, xəstəlikdən əziyyət çəkir. Bir neçə dəfə ard-arda  keçirdiyi insult  Ramiz Əzizbəylini  yaradıcılıqdan xeyli uzaq salıb. Müsahibənin gedişində də bu xəstəlik bizimlə Ramiz müəllimin “arasına girirdi”. Bəzən söhbətə müdaxilə etməklə kifayətlənməyib, Ramiz müəllimin verdiyi cavablardan da nəsə “oğurlayırdı”...

Davamı

O gənc olmasına baxmayaraq, musiqi sahəsində artıq bir neçə böyük uğura imza atıb. Boston, Nyu-York, Melburn kimi şəhərlərdə keçirilən nüfuzlu beynəlxalq musiqi festivallarının qalibi olub. Təhsilinin magistratura dərəcəsinə ABŞ-ın Manhetten Konservatoriyasında, doktorluq dərəcəsinə isə Sinsinnati Universitetində yiyələnib. O, hazırda Sinsinnati Universitetində bəstəkarlıqdan və Şərq musiqi tarixindən dərs deyir.

Davamı

Busaydan etibarən “Aydın yol” qəzetində “Ən bəyəndiyim tərcüməm” adlı rubrikaya başlayırıq. Rubrikada xarici ədəbi nümunələri dilimizə çevirən tərcüməçi ilə onun ən uğurlu tərcümə işi saydığı əsər haqqında danışacağıq. İlk müsahibimiz tərcüməçi, dramaturq, “Qobustan” jurnalının baş redaktoru Vaqif Əlixanlıdır. O, 1990-cı ildə tərcümə etdiyi Çingiz Aytmatovun “Qiyamət” romanı haqqında danışacaq. Oxucular əsəri “Azərbaycan“ jurnalından, daha çox “Edam kötüyü”  adı ilə tanısalar da, tərcüməçi Aytmatovun bu romanını kitabsevərlərə “Qiyamət” adı ilə təqdim edib:

Davamı

Yel - rəqs edən bir qaraçı,

Əsmə əsir, üryan budu.

Mən kiməm? Cızma-qaraçı,

Xəzərə bax – ozan budu.

 

Mən mütərcim, o – tərcüman,

Mən qocalan, o – qocaman.

Heç fələyə verməz aman,

Deyər: yolu azan budu!

 

İkiyik, birimiz qalar,

Mən gedərəm, dəniz qalar.

Vladimirdən iz qalar? –

Əhvalımı pozan budu.

Davamı