Page 11 - antologiya - poeziya_175x250_Layout 1
P. 11

demək olar ki, heç bir şərait yaratmayacaq qədər kanonikliyini,  digər tərəfdən,
          həmin poeziyanın ən böyük  ustadının məharətini təsdiq edir.
               Vidadi, xüsusilə Vaqif Azərbaycan poeziyası tarixinin üçüncü dövrünün
          ən görkəmli simalarıdır ki, onların yaradıcılığı  bilavasitə xalq (aşıq) şeirinə
          əsaslanmaqla milli intibah keyfiyyətində təzahür edir. Və bu dövrdə şifahi xalq
          şeirinin janrı olan qoşma, xüsusən ikinci dövrdə yazılı ədəbiyyatda möhkəm -
          lənmiş qəzəlin klassik nüfuzunu, demək olar ki, tamamilə sındırır. Eyni zamanda
          poeziyaya güclü bir axınla ideya-məzmun xəlqiliyi, realizm, kütləvilik gəlir…
          Nəticə  etibarilə, yeni Azərbaycan şeirinin tarixi başlayır…
               Ona görə də Azərbaycan poeziyası tarixinin dördüncü dövrü həm də yeni
          Azərbaycan şeiri tarixinin ikinci dövrüdür… Və bu dövr Zakir, Vazeh, Nəbati,
          Natəvan, Seyid Әzim… kimi müxtəlif üslublu şairlərlə təmsil olunur ki, həmin
          müxtəlif üslubluluq özünü həm ideya-məzmunda, həm də poetexno logiyada
          göstərir. Әn mühüm yenilik isə şeirdə realizmin, xüsusilə tənqidi realizmin o
          dövrə qədər görünməmiş bir səviyyədə  güclənməsidir.                      9
               Məlum olduğu kimi, XX əsrin əvvəlləri  Azərbaycanın ictimai-siyasi,
          mədəni həyatında yalnız ideoloji yüksəliş deyil, eyni zamanda ciddi ziddiyyətlər,
          qarşıdurmalar, kataklizmlər dövrüdür. Və bunu dövrün Sabir, Səhhət, Hadi,
          Cavid… kimi bö yük söz ustalarının yaradıcılığı da nümayiş  etdirir. Fikri mizcə,
          əsas təzad ondadır ki, bir tərəfdən, türkçülük,  islam çılıq və müasirlik mü -
          naqişəsi son həddə çatır, digər tərəfdən isə, həmin ideoloji cərəyanların va hid
          bir məcrada birləşməsi fikri müdafiə olunur… Poeziya romantik və realist ol-
          maqla  biri digərini həzm etməyən iki metodoloji cəbhəyə ayrılmaqla yanaşı,
          daha güclü olan  romantiklər də müxtəlif təmayülləri əks  etdirirlər.
               XX əsrin 20-ci illərindən etibarən meydana çıxan, 30-cu illərdə isə artıq
          öz yaradıcılıq  prinsiplərini müəyyənləşdirən poeziyanın əsas nümayəndələri
          sırasına Səməd Vurğun, Süleyman Rüstəm,  Şəhriyar, Rəsul Rza, Məmməd
          Rahim, Mikayıl Müşfiq, Әliağa Vahid, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Balaş
          Azəroğlu, Hüseyn Arif, Nəbi  Xəzri, Bəxtiyar Vahabzadə, Mədinə Gülgün,
          Qabil, Söhrab Tahir, Әli Kərim, Nəriman Həsənzadə,  Xəlil Rza Ulutürk, Cabir
          Novruz, Məmməd  Araz, Tofiq Bayram, Fikrət Qoca, Musa Yaqub, Vaqif
          Səmədoğlu, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Zakir Fəxri,
          Vaqif Bayatlı Odər, Zəlimxan Yaqub, Vaqif Bəhmənli… daxildirlər. Әn azı üç
          nəsli təmsil edən həmin şairləri üslub, yaradıcılıq texnologiyası baxımından
          ayıran cəhətlər az olmasa da, ideya-mövzu ortaqlığı kifayət qədər çoxdur ki,
          buraya ilk növbədə millilik, vətənpərvərlik, ümumbəşərilik, humanizm,
          məhəbbət, təbiət gözəllikləri aiddir. Xüsusilə birinci, eləcə də müəyyən qədər
          ikinci nəsil “sosializm konyukturu”nun təsiri altında  da olmuş, lakin etiraf
          etmək lazımdır ki,  ən məhdud ide  o loji şəraitdə də  milli məfkurənin (və “mən -
   6   7   8   9   10   11   12   13   14   15   16