Page 10 - antologiya - poeziya_175x250_Layout 1
P. 10

Göründüyü kimi, şair, bir tərəfdən, Azərbaycan şeirinin keçdiyi tarixin
                   ideya axtarışları, tərəddüdləri barədə bəhs edir, digər tərəfdən isə, onun
                   ideallarının əsaslarını  formulə etməyə çalışır ki, heç şübhəsiz,  bunlar bir-biri
                   ilə sıx bağlı olan ciddi nəzəri problemlərdir. O mənada ki, hər dövrün
                   özünəməxsus, aydın tipologiyası ilə seçilən poeziya qəhrəmanları mövcuddur…
                   Və müşahidələr göstərir ki, Azərbaycanda milli ictimai şüurun formalaşmasına,
                   yəni XIX əsrə qədər poeziyanın əsas qəhrəmanı İnsan, XIX, xüsusilə XX əsrdə
                   isə Millətdir. Lakin müasir poeziyada İnsan amilinin  daha da gücləndiyi
                   müşahidə olunur ki, bu barədə hələ XX əsrin sonlarında  Vaqif Səmə doğlu
                   xəbərdarlıq  edərək şairləri “millət, dövlət mövqe yin dən insana enməy”ə
                   çağırmışdı.
                       Azərbaycan poeziyası tarixinin birinci dövrünü antologiyada Xaqani ilə
                   Nizami təmsil edirlər… Ümumiyyətlə, müsəlman intibahının məhsulu olan bu
                   dövrün poeziyasında lirika müəyyən yer tutsa da, əsas yaradıcılıq forması iri
               8   həcmli (və geniş süjetli) poema-dastanlardır ki, onlar möhtəşəm mifik-tarixi
                   qəhrəmanların tərcümeyi-halı və ya taleyi kontekstində xeyir və şərin əbədi
                   mübarizəsindən danışaraq həmin müba rizənin fəlsəfəsini təqdim edirlər.
                   Әlbəttə, bu fəlsəfə dərin idraki kökləri, ümumbəşəri təcrübəsi olduğuna görə,
                   kifayət qədər fundamentaldır. Qədim Şərq, eləcə də yunan (xüsusilə Sokrat,
                   Platon, Aristotel) intellektindən gələn ideyalar orta əsrlər müsəlman müdrikliyi
                   (və kanonları) süzgəcindən keçərək sinxron bir metafizika təşkil etsə də, dövrün
                   insanlıq idealı, xoşbəxt cəmiyyət axtarışları modelləşmiş fəlsəfi normalarla
                   bəzən açıq dialoqa gətirib çıxarır.
                       İzzəddin Həsənoğlu, Nəsimi, Xətai, Füzuli ilə təmsil olunan ikinci dövrün
                   poeziyası həm məzmun, həm də formaca əvvəlki dövrlərdəkindən əsaslı şəkildə
                   fərqlənir.  Hər şeydən əvvəl o baxımdan ki, iri həcmli (və geniş süjetli) əsər -
                   lərdən, demək olar ki, bütünlüklə imtina olunaraq lirika (onun ən populyar
                   janrı qəzəl) ön plana keçir… Bu dövrdə poeziyanın üç əsas qəhrəmanı var:
                   Aşiq, Məşuq və Eşq. Aşiqin missiyası canını Məşuqa (canana) qurban vemək -
                   dən ibarətdir ki, bu, dolayısı ilə, yaxud simvolik olaraq, Yaradılanın (cüzün)
                   Eşq yolu ilə Yaradana (küllə) qovuşması ideyasını ifadə edir.  Ümumiyyətlə,
                   sufizm və ya daha beynəlmiləl anlayışla “panteizm” adlanan həmin fəlsəfi-es-
                   tetik dünyagörüşün məzmununu Füzuli “eşqdir hər nə var aləmdə, elm bir qeylü
                   qal imiş ancaq” deməklə əks etdirirsə, şeirdən “elmilik” tələb etməklə onun
                   mükəmməlliyinin əhəmiyyətini göstərir. Və  Füzulinin şeirdə formaya – poetex -
                   nologiyaya  həddindən artıq əhəmiyyət verməsi Mirzə Fətəlini “narahat” etmiş,
                   dahi sənətkar haqqında “Füzuli şair deyil, nazimi-ustaddır” demişdi… Yeni
                   dövrün böyük mütəfəkkirinin yeni ideya-estetik maraq möv qeyindən söylədiyi
                   bu fikir, bir tərəfdən, sufi-panteist poe ziyanın  fərdi üslub (şair!) müstəqilliyini,
   5   6   7   8   9   10   11   12   13   14   15