Page 15 - antologiya - poeziya_175x250_Layout 1
P. 15

ßôçÿëÿääèí Õàãàíè






               ***

               Ey könül, dәhrin nәbası qalmayıb,
               Rahәt ömrün dә bәqası qalmayıb.

               Ol sәlamәtlik baharından bu gün,
               Bir yaşıl yarpaq sәfası qalmayıb.


               Qorxuram insanları gördükdә mәn,
               Könlümün bir aşinası qalmayıb.

               Hәr kimi görsә könül, ondan qaçır,                                   13
               Heç kәsin, çünki vәfası qalmayıb.


               Qәm pası çeynәr bu ömrün gövhәrin,
               Silmәyә bir şey bu pası, qalmayıb.


               Bәxtә bax ki, bir dәmir dağdır qәmim,
               Alәmin ahәnrübası qalmayıb.


               Döz әzaba, etmә, Xaqani, fәqan,
               Kimsәdә şadlıq әsası qalmayıb!




               ***

               Müşkә oxşar saçlarından meh әrmәğan göndәr bizә!
               Başı bağlı bir tükünü, yar, hәvadan göndәr bizә!


               Canımızın әbәdilik havadarı – dodağından,
               Şәrbәt içirt, bir öpüş dә özün ehsan göndәr bizә!

               Bilirsәn ki, bizik sәnin hәm vurğunun, hәm qurbanın,
               Bir gün yaşa bizim üçün, vәslinlә can göndәr bizә!
   10   11   12   13   14   15   16   17   18   19   20