Page 8 - antologiya - poeziya_175x250_Layout 1
P. 8

Azərbaycan poeziyası tarixinin dövrləşdirilməsində müəy yən mübahisələr
                   (bu da tamamilə təbiidir) olsa da, ümumi qənaət belədir ki, o, aşağıdakı
                   dövrlərdən keçmişdir:
                       1) I minilliyin ortalarından XIII əsrin  əvvəllərinə qədər;
                       2) XIII əsrin əvvəllərindən XVII əsrin ortalarına qədər;
                       3) XVII əsrin ortalarından XIX əsrin  əvvəllərinə qədər;
                       4) XIX əsrin əvvəllərindən sonlarına qədər;
                       5) XX əsrin əvvəlləri;
                       6) XX əsrin 20-ci illərindən bu günə qədər.
                       Hər bir dövrün tərkibində müxtəlif mərhələlər də ayırmaq mümkündür ki,
                   bu, Azərbaycan poeziyası tarixini daha analitik və ya diferensial təsəvvür etmək
                   ehtiyacından irəli gəlsə də, fikrimizcə, elə ciddi elmi-metodoloji əhəmiyyət kəsb
                   etmir. Hər bir dövrün isə aydın tipologiyası ilə seçilən ideya-estetik, poetex -
                   noloji xüsusiyyətləri mövcuddur.
               6       Görünür, ən ciddi problem Azərbaycan poeziyasının hansı mənbədən və
                   ya mənbələrdən törədiyini müəyyənləşdirməkdən ibarətdir ki, həmin problem,
                   ənənəvi olaraq, Azərbaycan xalqının tarixi taleyinə – etnogenezinə müna -
                   sibətdən irəli gələn iki prinsipial baxışla bir-birindən fərqli şəkildə “həll olu -
                   nur”. Birinci  baxışın məzmunu ondan ibarətdir ki, ən qədim dövrlər dən
                   eti barən  Azərbaycanın tarixi ərazisində məskunlaşmış müxtəlif mənşəli
                   etnosların müxtəlif dillərdə (və dünya görüşlərdə) yaratdıqları bütün  poetik
                   məhsullar bir küll ha lında Azərbaycan poeziyasını təşkil edir… İkinci baxış isə
                   yal nız türk  mənşəli Azərbaycan xalqının poetik yaradıcılığını əsas götürür…
                   Lakin məsələ  burasındadır ki, hər bir xalq həm yaşadığı coğrafiyanın, həm də
                   etnik mənsubiyyətinin varisi olduğundan Azərbaycan poeziyasının mənşəyi
                   məsələsinə multikultural metodologiya, yəni milliliklə ümumbəşəriliyin dia -
                   lektikasında baxmaq özünü daha çox doğruldur. Və bu metod bir də ona görə
                   optimal və ya prioritet sayılmalıdır ki, elə sonrakı dövrlərdə də həm şifahi, həm
                   də yazılı poeziyanın ən mükəmməl hadisələrini yalnız etnik atribusiya və ya
                   əla mətlərlə izah etmək mümkün deyil.  Məsələn, Nizaminin, Füzulinin, Vaqifin,
                   hətta  “Koroğlu” eposunun poeziyasında türkçülüyün aparıcı olması ilə yanaşı,
                   həm qədim  ümumbəşəri poetik təfəkkür texnologiyaları  iştirak edir, həm də
                   orta əsrlərdə ümummüsəlman mədəniyyətinin ciddi (kompleks!) təsiri olur ki,
                   bütün bunları etnokulturoloji hüdudda izah etmək mümkün deyil. Hələ o da var
                   ki, XIX, XX əsrlərdə Azərbaycan poeziyasına modernist missiya ilə elə  mövzu-
                   lar, ideyalar, janrlar gəlir ki, bütünlüklə ümumbəşəridir və ya hətta, belə demək
                   mümkünsə, hər cür etnik-milli oriyentasiyadan məhrumdur… Ancaq bunlar
                   Azə r baycan poeziyasının bütün dövrlərdə istər məzmun, istərsə də formaca
                   eyni bir genotip üzərində qərar  tutması kimi istənilən mükəmməl xalqın poeziya
                   tarixi üçün səciyyəvi olan universal (və populyar) fakt-hadisəni heç zaman
   3   4   5   6   7   8   9   10   11   12   13