Page 9 - antologiya - poeziya_175x250_Layout 1
P. 9

inkar etmir… Yaradıcılığı  bütünlüklə fars dilində olan (ancaq maraqlı, xarak-
          terik və məntiqlidir ki, nizamişünaslar hələ də dahi şairin türkcə   – ana dilində
          əsərlərini axtarır, hərdən də “tapırlar”) Nizaminin poetik  təfəkkürünün
          əsasında qədim (ümum) türk eposunun dayandığının heç bir mübahisə doğur -
          madığı öz yerində, möhtəşəm poema-dastanlarında türk sözləri və ifadələrini
          gen-bol işlətməsi, Türküstanda geniş yayılmış Makedoniyalı İskəndər obrazını
          “İsgəndərnamə”də ideal fundamentallığı ilə qabartması (heç bir fars şairi,
          təbii ki, milli təəssübkeşlikdən irəli gələrək,  İranı zəbt etmiş yunan sərkərdə –
          hökmdarını bu dərəcədə ideallaşdırmazdı)  onun poeziyasının ideya- məzmunca
          türklüyünü göstərir. Yaxud heç bir siyasi- məfkurəvi təzyiqə məruz qalmadan,
          yalnız mədəni-mənəvi tələbata, dövrün estetik zövqünə görə həm türk, həm fars,
          həm də ərəb dilində yazmış Füzuli, yeri gəldikcə, özünün (və poe ziyasının) türk-
          lüyünü yada salır, özü də xüsusi təəssübkeşliklə yanaşı, yüksək mədə niy yətlə:

               Ey feyzrəsani-ərəbü türkü əcəm,                                      7
               Qıldun ərəbi əfsəhi-əhli-aləm,
               Etdün füsəhayi-əcəmi İsadəm,
               Bən türkəzəbandan iltifat eyləmə kəm, – deyir.


               Şeirlərində bir dəfə də olsun nə “türk”, nə də “Azərbay can” sözünü
          işlədən Vaqif XVII–XVIII əsrlər milli inti bahının  təsiri altında Azərbaycan türk
          poeziyasının sonrakı dövrlər üçün örnək olacaq ən gözəl əsərlərini yaradır. Və
          məşhur təbirlə desək, “Füzulinin göylərdə pərvaz edən gö zəllərini yerə
          endirir”:

               Ala gözlü, sərv boylu dilbərim,
               Həsrətin çəkdiyim canan, bəri bax!
               Gecə-gündüz fikrü zikrü əzbərim,
               Üzüldü taqətim, aman, bəri bax!

               Özünün də dəfələrlə etiraf etdiyi kimi, şairlik dərslərini Füzuli ilə Vaqifdən
          alan Səməd Vurğun isə həm yaradı cılığında, həm də nəzəri-estetik müha -
          kimələrində “Azərbaycan poeziyası” anlayışını bir fenomen olaraq müt -
          ləqləşdirir. Və deyir:


               Nədən şeirimizin baş qəhrəmanı
               Gah İrandan gəlir, gah da Turandan?
               Bəs mənim ölkəmin varlığı hanı?..
               Böyük bir şairin yazdığı dastan
               Gah İrandan gəlir, gah da Turandan!..
   4   5   6   7   8   9   10   11   12   13   14