“26 komissar” filminin ssenarisi A.Rjeşevski və D.Amiraqovun iştirakı ilə N.Şengelaya tərəfindən yazılmışdı. 20-ci illərin ikinci yarısında Bakıda yaradılmış studiyada məşğələlər aparmaq və mühazirələr oxumaq üçün dəvət edilən görkəmli ekran ustası Nikolay Şengelaya (görünür, hələ o zaman Ş.Mahmudbəyov rejissora film çəkməyi təklif etmiş, amma bu niyyət müxtəlif səbəblər üzündən həyata keçməmişdi) quruluşçu rejissor təyin ediləndən sonra ssenarinin rejissor variantında xeyli dəyişikliklər etmiş, süjet xəttini təkmilləşdirmişdi.

Davamı

“Yeniliyə can atan Azərbaycan qadını”nın obrazını yaratmaq “Azərfilm”in sonrakı işinin - “Almas” (1936) filminin də başlıca məqsədi idi. Film haqqında C.Cabbarlının yaradıcılığını araşdıranda söhbət açdığımızdan, burada yalnız filmin təbliğat-təşviqat xüsusiyyətlərini qeyd etmək istərdik. Yenicə təhsilini bitirmiş Almasın “müəllimlik etmək üçün kəndə gəlməsi, burada yeniliyin qabağını alan qara qüvvələrlə ölüm-dirim mübarizəsinə girişməsi və sadə adamların köməyi ilə bu mübarizədən qalib çıxması” süjetin basmaqəlibliyindən xəbər versə də, C.Cabbarlı M.Mikayılovdan fərqli olaraq, kəskin dramaturji konflikt yaratmağa, obrazların xarakter cizgilərini ustalıqla açmağa nail ola bilib. “Azərbaycan qadınını sosializm quruculuğuna cəlb etmək, onun mədəni səviyyəsini artırmaq, köhnəlmiş adət və ənənələrin təsirindən xilas etmək məqsədi güdən” bu filmlərin başlıca funksiyalarından biri də geniş tamaşaçı kütləsini tərbiyə etmək, onların zövqünü formalaşdırmaq idi.

Davamı

Respublikanın siyasi-ideoloji rəhbərliyi “yüksək səviyyəli bədii kino filmləri yaratmaq üçün” vaxtaşırı tədbirlər görürdü. 1934-cü ildə bu məqsədlə Azərbaycan SSR XKS “yaxşı kino ssenarisi, librettosu, tema və süjet müsabiqəsi” elan etmişdi. Müsabiqənin tələblərinə görə, süjet, libretto və ssenarilərdə “Bakı proletariatının neft uğrunda mübarizəsi, Azərbaycan pambıq tarlaları zərbəçilərinin SŞCİ-nin (Sosialist Şura Cümhuriyyətləri İttifaqları – SŞCİ – N.Ə.) pambıq istiqlaliyyəti uğrunda mübarizəsi, mədəni inqilab məsələləri, 14 ildə Azərbaycanda Şura hakimiyyətinin nailiyyətləri, ASŞC-də sinfi mübarizə və inqilab hərəkatı tarixi, xarici Şərqdə əməkçi kütlələrin həyatı” əks etdirilməli idi.

Davamı

Ötən əsrin 20-ci illərinin sonu 30-cu illərinin əvvəllərində Azərbaycan kinematoqrafı, qarşısında duran vəzifələri həyata keçirmək üçün rastlaşdığı çətinlikləri aradan qaldırmağa can atırdı. Respublikada kino işlərinə rəhbərlik edən qurumun strukturu tez-tez dəyişdirilir, maddi-texniki təchizat məsələləri müəyyən dərəcədə həll edilirdi. Amma qarşıda duran vəzifələrin ən mürəkkəbi milli kinematoqrafçı kadrların çatışmazlığı idi.

Davamı

Cəfər Cabbarlı Mirzə Fətəli Axundovun «Hacı Qara» komediyasına olduğu kimi, «Ölülər»ə də yaradıcı yanaşmış, əsərə əlavə epizodlar və obrazlar daxil etmiş, onları əsas tənqid hədəfləri seçmişdir. Bu əlavələr öz komik ovqatı ilə əsərə xələl gətirmir, əksinə, süjet xəttini qüvvətləndirir. Məsələn «İsfahan lotusu», Şeyx Nəsrullahın limanda qarşılanıb eşşək üstündə Hacı Həsənin evinə gətirilməsi belə səhnələrdəndir. Dramaturq bu cür tapıntıları ilə «özünü kino sənətinin incəliklərinə bələd olan sənətkar kimi göstərə bilmişdir».

Davamı

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VIII Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub. Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında açıq havada quraşdırılan möhtəşəm səhnədə keçirilən mərasimdə əvvəlcə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynayan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Davamı

XX əsrin 20-ci illərində Azərbaycan sovet kinosu məhz milli təfəkkürə malik kadrların olmaması ucbatından müxtəlif çətinliklər yaşayırdı. A.M.Şərifzadə və Ş.Mahmudbəyovun düşünülmüş şəkildə kinodan uzaqlaşdırılması C.Cabbarlını meydanda tək qoymuşdu.

Davamı

Ola bilsin ki, xüsusi tapşırıqla Azərbaycan kinosunu “nəzarət altına alan” Amo Bəynəzərov mövcud siyasi-ideoloji ab-havaya uyğunlaşmağa çətinlik çəkən Cəfər Cabbarlının yaradıcılığında baş verən təbəddülatları bacarıqla ideologiyanın xeyrinə dəyişirdi. Bunu onun 30 il sonra yazdığı xatirələrindən də görmək mümkündür: «...1928-ci ildə «Azərkino» direktorunun kabinetində istedadlı yazıçı ilə görüşüm yadıma gəlir. C.Cabbarlı öz gələcək ssenarisindən parçalar oxuyurdu. Möhtəkir Əlibəylə ittifaqa girib azmış, mənfi mənada avropalaşmış azərbaycanlı qadının təsir altına düşən Balaşı ifşa edən yerlərini oxuyan zaman Cəfərin nitqi qəzəbdən alovlanırdı. Yaradıcı əməkdə iştirak edən, gələcək Azərbaycan qadınına aid olan sətirlər səmimi və dərin hisslərlə dolu idi».

Davamı