Elektron ədəbiyyat və sənət portalı

“Qurban” romanı üzərində işləyərkən, Azərbaycan Demokratik Cümhuriyyətinin təhsil almaq üçün Osmanlı dövlətinə və Avropa ölkələrinə göndərdiyi gənclərin taleyi ilə maraqlanmalı oldum...

Davamı

...Hə, “Hüseynbala açıqlığı” deyəsən, burada idi. Taxta çöpünün ucundakı balaca “şüşə xoruz”u almaq üçün hər gün bura cumardıq...Babayevin su dükanı da açıqlığın yanında. Dayanıb səbirsizliklə gözləyərdik ki, Babayev iri buz parçalarını nə vaxt doğrayıb qurtaracaq, sonra onları iri taxta çəlləyə dolduracaq, biz də soyuq “Buratino” limonadından alıb ləzzətlə içəcəyik... Bəs diş həkimi Tağızadənin kabineti harada idi? Hə, yolun kənarında...Bu da “Həmişəri palanı”... Nənəm Kubra arvad 20 qəpik verib tapşırırdı ki, qara çörək alım. Arvadın şəkəri vardı, deyirdi ki, orada satılan çörəyin dadı əladır... Budur, bir addımlıqda da nənəmgilin dalanı... Aktyorların, şair və yazıçıların yaşadığı o məşhur dalan! İndi heç biri yoxdur - nə evlər, nə adamlar. Haqq dünyasına qovuşublar. Elə “Sovetski” deyilən yeri də söküblər, bir-birinə sığınmış o birmərtəbəli tikililərdən əsər-əlamət qalmayıb. Yerində parklar, xiyabanlar salınacaq.  Candan artıq sevdiyim Bakı daha da gözəlləşəcək. Amma mən, Allaha çox şükür, heç nəyi unutmamışam...

Davamı

Milli teatr mədəniyyəti sahəsində nəsillərin biri-birini əvəz etməsi prosesi nə qədər ağrılı olsa da labüddür. 

Davamı