Şuşa qalasının yaradıcısı olan Pənahəli xanın ağlına gəlməzdi ki, təxminən, 100 il sonra onun böyüdüyü şəhər əsl mədəniyyət mərkəzinə, yaradıcı insanlardan ibarət bir neçə nəslin məktəbinə çevriləcək.

Davamı

Hər il sentyabrın 18-i Azərbaycanda Musiqi günü kimi təntənə ilə qeyd edilir.

Davamı

Romi Şnayderin ölümü haqqında Alen Delon belə deyirdi: “O, xoşbəxt adamdır – qocalmadan dünyadan köçdü”. Dünya şöhrətli bu iki aktyor cəmi 6 il bir yerdə yaşadılar. Deyilənə görə, Rominin ölümündən sonra Alen Delon onun çəkildiyi filmlərə baxa bilmir. Bu aktrisada hər şey var idi - gözəllik, istedad, tale. Onun yaradıcılığı təkrarolunmaz və parlaq idi.

Davamı

1990-cı il avqustun 15-də, 12:28 radələrində Riqa yaxınlığında “Moskviç-2141” avtomobili qarşı tərəfdən gələn “İkarus” markalı sərnişin avtobusuna çırpıldı. “Moskviç”i 28 yaşlı musiqiçi, saatda 130 kilometr sürəti ilə idarə edirdi. Başından aldığı zərbə nəticəsində o, yerindəcə həlak oldu.

Davamı

Peşəkar fotoqraf Şahvələd Əli oğlu Ayvazov 1956-cı ildə Gürcüstanın paytaxtı Tbilisidə anadan olub. 1974-cü ildə orta məktəbi bitirdikdən sonra Sovet ordusu sıralarında xidmət edib. 1977-ci ildən Tbilisidə nəşr olunan “Sovet Gürcüstanı (indiki “Gürcüstan”) qəzetində fotomüxbir işləyib. 1983-cü ildə Tbilisi Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1980-1992-ci illərdə Gürcüstan Dövlət Teleqraf Agentliyinin (həm də SİTA-nın) fotomüxbiri olub. 1992-ci ildən indiyədək Amerikanın Assoşieyted Press xəbər agentliyinin (Associated Press) Qafqaz üzrə fotoqrafıdır. Əsərləri bir çox nüfuzlu nəşrlərin mükafatına layiq görülüb. Gürcüstanın əməkdar jurnalistidir.

Davamı

ABŞ-da fəaliyyət göstərən “AzeriAmerika” diaspor təşkilatı “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş poçt markası hazırlayıb.

Davamı