Elektron ədəbiyyat və sənət portalı

“Arşın mal alan”ın tarixçəsi:

Davamı

Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi, professional kino rəssamı, yaradıcılığında kino rəssamlığı, rəngkarlıq və qrafika sahələrinin özəlliklərini və incəliklərini xüsusi məharətlə birləşdirməyi və kamil sənət nümunələri yaratmağı bacaran rəssam barədə söz açmaq istəyirik. Bu şəxs Azərbaycanın Xalq rəssamı Elbəy Mirzə Həsən oğlu Rzaquliyevdir (1926-2007).

Davamı

«Sosializm quruculuğunu başa çatdırmaq və tədricən kommunizmə keçmək» əzmində olan SSRİ yaxınlaşan müharibə təhlükəsindən yaxasını qurtara bilmədi.

Davamı

Əsasən müasir mövzuda filmlər ərsəyə gətirən Azərbaycan kinosu 1937-ci ildə tammetrajlı «Dəcəl dəstə» kinolentini istehsal etdi. «Məhəbbət oyunu» və «Mavi dəniz qoynunda» lentlərinin ruhunda çəkilmiş bu ekran əsəri «yeni sovet adamı»nın formalaşdırılması»nın ideoloji təminatını həyata keçirmək məqsədi güdürdü. «Məktəb illərinə, şagirdlərin mənalı istirahətinə, sovet məktəbinin uşaqlarda yoldaşlıq, dostluq, qarşılıqlı yardım, kollektivçilik hissləri tərbiyə etməsinə» həsr olunmuş «Dəcəl dəstə» filminin ssenari müəllifi Y.Fidler, quruluşçu-rejissorları A.Popov və Q.Salamzadə idi, rolları A.Bağırova (əlaçı Nina), A.Mirzəyev (Yusif, birinci şagird), L.Bədirbəyli (məktəbli qız) və başqaları İfa edirdilər. Bəzi milli kino ustalarının ekrandakı ilk işləri baxımından maraqlı olan bu film, quru ritorika səviyyəsindən yuxarı qalxa bilməmişdi.

Davamı

Milli kino tariximizin dünya kino tarixi ilə yanaşı addımlaması birmənalı şəkildə qürurverici faktdır. 1895-ilin 22 mart tarixində Parisdə Lümyer qardaşlarının məhdud dairələrdə təqdim etdikləri hərəkətli kadrlar və kinonun yaranma tarixi kimi qəbul edilən həmin ilin 28 dekabrının (həmin gündən etibarən kino artıq kommersiya vasitəsi kimi nümayiş edilməyə başladı) üstündən cəmi üç il keçəndən sonra - 1898-ci ilin 2 avqustunda Bakıda yəhudi əsilli mühəndis-fotoqraf A.M.Mişonun “Bibiheybətdə neft fontanı”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” kimi xronika filmləri (hərəkətli kadrları) kino tariximizin şərəfli səhifələridir. Təxminən on yeddi il ərzində Bakı milyonçularının maddi dəstəyi və həvəskar insanların səyi nəticəsində xronika janrına üz tutan kino adamları, nəhayət ki, 1915-ci ildə Azərbaycanın ilk bədii filmini ekranlaşdıra bildilər. İbrahim bəy Musabəyovun eyniadlı “Neft və milyonlar səltənətində” romanının motivləri əsasında ekranlaşdırılan bu film kino tariximizin ilk qaranquşu hesab edilsə də, yaradıcı heyətin əksəriyyətinin (rejissor B.Svetlov, ssenari müəllifi A.D.Panova-Potyomkina, operator Q.Lemberq və s.) qeyri-milli kadrlardan ibarət olması bir qədər ürəkaçan deyildi. Amma Lütfəli bəy obrazının ifaçısı, milli aktyor sənətimizin korifeyi Hüseyn Ərəblinskinin kinodakı debütü o dövr üçün son dərəcə maraqlı və vacib fakt hesab olunurdu.

Davamı

“Azərfilm”in 1938-ci il planında “Bakılılar”, “Kəndlilər”, “Dəcəl dəstə” filmlərilə yanaşı, çəkilişi həyata keçirilməmiş “Ləpirçilər” (“Dəniz kəşfiyyatçıları”) və “O olmasın, bu olsun” (R.Təhmasib və B.Koçetov) mövzuları da nəzərdə tutulmuşdu. Lakin birinci mövzu istehsal çətinlikləri üzündən reallaşdırılmamışdı. Ciddi çətinliklər keçirən Azərbaycan kinosu hələ Ü.Hacıbəyovun məşhur musiqili komediyasını lazımi səviyyədə ekranlaşdırmağa hazır olmadığından, ikinci ideyanın həyata keçirilməsi də təxirə salındı. Dövrün siyasi-ideoloji ab-havası tarixi-inqilabi mövzulara və “sovet adamının formalaşmasına” həsr olunmuş ekran əsərlərinin yaradılmasını tələb edirdi.

Davamı

30-cu illərdə Azərbaycanın daxil olduğu Sovet imperiyası mürəkkəb dəyişikliklər dövrü yaşayırdı. İdeologiyanın «böyük siyasi və əmək yüksəlişi» adı ilə xarakterizə etdiyi həmin vaxtda «SSRİ-də kapitalist təsərrüfatının ləğv edilməsi prosesinin başa çatması, ümumxalq və kooperativ-kolxoz mülkiyyəti formasında sosialist təsərrüfat sisteminin bərqərar olması, dərin mədəni inqilabın baş verməsi, sovet ziyalılarının yetişməsi, mətbuat, kino, radio, teatr və mədəni-maarif müəssisələrinin sayının artması» bu  yüksəlişin başlıca cizgiləri sayılırdı. Sovet xalqı ÜİK(b)P XVII qurultayının qəbul etdiyi ikinci beşillik planın (1933-1937-ci illər) yerinə yetirilməsi uğrunda mübarizəyə başlamışdı. Xalq kütlələrinin böyük bir qismi hələ də yoxsulluğun aşağı həddində yaşasa da, siyasi hakimiyyət və ideologiya «xalq təsərrüfatının yenidən qurulmasının və kollektivləşmənin başa çatdığını, sosialist inqilabının əsas vəzifəsinin yerinə yetirildiyini – yeni sosialist iqtisadiyyatının yarandığını» təbliğ edirdi. SSRİ-nin yeni konstitusiyasını qəbul edən Sovetlərin VIII fövqəladə Ümumittifaq qurultayında (dekabr, 1936-cı il) nəhəng bir ölkədə qurulan imperiyanın təşkilati işləri başa çatdırıldı, «istismarçı siniflərin ləğv olunduğu, sosialist millətinin formalaşdığı» elan edildi. XVIII qurultay SSRİ-də «sosialist cəmiyyəti quruculuğunun başa çatdırılmasını, tədricən sosializmdən kommunizmə keçilməsini», XIX qurultay (mart, 1939-cu il) isə «aparıcı kapitalist ölkələrinə çatmaq və onları ötüb keçmək» vəzifəsini qarşıya qoymuşdu.

Davamı