Elektron ədəbiyyat və sənət portalı

AK(b)P-nin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi kinematoqrafdan yeni mövzular axtarmağı, «ekranda partiyanın etimadını doğrultmaq üçün» mübarizə aparmağı tələb edirdi. Tərtib edilmiş plana görə, sonrakı iki il ərzində «8 bədii şəkil və 12 siyasi-maarif filmi» buraxmaq nəzərdə tutulurdu. Həmin mövzuların arasında sosializm quruculuğunda gənclərin roluna həsr olunmuş «Birinci komsomol buruğu» və Funtikovun cinayətilə əlaqədar mövzudan bəhs edən «Qız və ata» adlı ssenarilər artıq başa çatmaq üzrə idi. Lakin Ş.Mahmudbəyovun kinematoqrafiyadan kənarlaşdırılmasından istifadə edən qüvvələr kino siyasətini öz istədikləri kimi yönəltməyi bacardılar.

Davamı

Qəzetimizin ötən sayında keçən əsrin 50-ci illərində M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının səhnələşdirdiyi “Otello” tamaşası haqqında “Pravda vostoka” qəzetində çap olunmuş məqaləni dərc etmişdik. Yazıda Az.SSR-nin xalq artistləri Ələsgər Ələkbərov, Barat Şəkinskaya, Rza Əfqanlı kimi ölməz sənətkarların rolları təhlil edilirdi. Bir daha qeyd edək ki, Azərbaycan teatrının perspektivləri haqqında danışarkən, şübhəsiz, onun keçdiyi tarixi təcrübəni daha dərindən öyrənmək, təhlil etmək və qiymətləndirmək lazım gəlir.  Bu səbəbdən, tanınmış jurnalist Fazil Rəhmanzadənin Azərbaycan teatrının tarixi inkişaf mərhələləri ilə bağlı ən müxtəlif materialları arxivləşdirməsi nəcib, faydalı fəaliyyət kimi qiymətləndirilməlidir. ADDT-nin səhnələşdirdiyi tarixi, əlamətdar “Otello” tamaşası haqqında 1949-cu ildə Y.Kreçetovanın “Vışka” qəzetində dərc olunmuş ““Otello” Azərbaycan səhnəsində”” məqaləsini çevirərək diqqətinizə təqdim edirik.

Davamı

1925-ci ildə Azərbaycan Foto-Kino İdarəsi (AKFİ) yenidən qurulandan, həm siyasi-ideoloji, həm də peşəkarlıq sarıdan ilk uğurlu bədii ekran əsəri yaradılandan sonra respublika rəhbərliyi kinematoqrafa nəzarəti və təzyiqi daha da artırdı. Həmin vaxt N.Nərimanov Azərbaycandan uzaqlaşdırılmışdı, şəriksiz hakimiyyət sahibi olan AK (b) P-nın birinci katibi S.M.Kirov və başqa pillələrdə dayanmış «mətin bolşeviklər» ekran sənətindən «daha da irəli getməyi, sosializmin düşmənlərini ifşa edən əsərlər yaratmağı» tələb edirdilər. Bu səbəbdən də Azərbaycan sovet bədii kinosunda baş verən mövzu axtarışları çoxşaxəli idi, amma atılan addımlar heç də həmişə uğurla nəticələnmirdi.

Davamı

Teatr bütün zamanlarda cəmiyyətin mədəni, ictimai-siyasi həyatının ayrılmaz hissəsi olub. Səhnənin inkişaf tarixinin hər bir mərhələsi ayrı-ayrı sənətkarların və bütöv kollektivlərin yaratdığı şedevrlərlə bağlıdır – bu əsərlər indinin özündə də teatrların repertuarından düşmür. Azərbaycan teatrının perspektivləri haqqında danışarkən, şübhəsiz, onun keçdiyi tarixi təcrübəni daha dərindən öyrənmək, təhlil etmək və qiymətləndirmək lazım gəlir. Tanınmış jurnalist Fazil Bəhmənzadə çoxdandır ki, Azərbaycan teatrının tarixi inkişaf mərhələləri ilə bağlı ən müxtəlif materialları arxivləşdirmək və gələcək nəsillərə ötürmək kimi nəcib, faydalı fəaliyyətlə məşğuldur. Belə materiallardan biri də M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının 1951-ci ildə Özbəkistana qastrol səfəri ilə bağlıdır. Teatrşünas L.Borisovun qələmə aldığı məqalədə Azərbaycan Dövlət Dram Teatrının səhnələşdirdiyi «Otello» tamaşası, Azərbaycan SSR-nin Xalq artistləri Ələsgər Ələkbərov, Barat Şəkinskaya, Rza Əfqanlı kimi sənətkarların yaratdığı rollar təhlil edilir. Məqalə 1951-ci ildə keçmiş Özbəkistan KP MK-nın, Ali Sovetinin və Nazirlər Sovetinin orqanı olan «Pravda Vostoka» qəzetində dərc olunub. Qəzetimizin oxucuları üçün maraqlı olacağını nəzərə alaraq, öz peşəkar səviyyəsi ilə seçilən «Otello» məqaləsini diqqətinizə çatdırırıq.

Davamı

Oktyabrın 22-dən 30-dək Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək. AzərTAc festivalın saytına istinadla xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A-A Events” şirkətinin və “The landmark hotel Baku” otelinin təşkilatçılığı ilə keçiriləcək.

Davamı

Qaynar ədəbi-bədii həyatı ilə məşhur olan Tbilisinin rəsm qalereyalarının birində akvarellərini görmüşdüm, imza da çox doğma gəlmişdi: Teymur Kəlbiyev. Rəssamın əsərlərindəki mövzu və rəng seçimi, bitkin kompozisiya və bütövlükdə təbiətə sevgi məni valeh eləmişdi. Müəllifin gördüklərinə özünəməxsus yanaşma tərzindən əməlli-başlı təsirlənmişdim.

Davamı

Sofi Marso taleyi üzünə gülən sənətkarlardandır. 14 yaşında təsadüfən sınaq çəkilişlərində olan Sofi həmin filmdə rol alır və bu hadisə onun həyatını dəyişir. Bununla da o, aktyor sənətinə ciddi yanaşmağa, bu sahədə özünü inkişaf etdirməyə başlayır. Sofi təkcə öz vətənində deyil, həm də xarici ölkələrdə filmə çəkilmək iddiasında idi.

Davamı

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı, Musiqili Teatrın səhnəsində “Vaqif” dramını nümayiş etdirib. Səhnə əsəri Səməd Vurğunun “Vaqif” dramının motivləri əsasında hazırlanıb.

Davamı