Bütov bir nəslin səsi - Viktor Soy

Mədəniyyət31.08.2015

1990-cı il avqustun 15-də, 12:28 radələrində Riqa yaxınlığında “Moskviç-2141” avtomobili qarşı tərəfdən gələn “İkarus” markalı sərnişin avtobusuna çırpıldı. “Moskviç”i 28 yaşlı musiqiçi, saatda 130 kilometr sürəti ilə idarə edirdi. Başından aldığı zərbə nəticəsində o, yerindəcə həlak oldu.

Davamı

Dünya ədəbiyyatında elə yazıçılar var ki, yazdıqlarının bədii məziyyətlərindən çox özlərinin məşhur, daha doğrusu, populyar olmaları, kitablarının bestsellerə çevrilməsi, əsərlərinin bir çox dillərdə milyonlarla tirajla çap edilməsi ilə tanınırlar. Bu gün Paulo Koelyonun, Haruki Murakaminin, o cümlədən də, müasir Amerikanın ən çox tanınmış nasirlərindən, dramaturqlarından, ssenariçilərindən biri olan Stiven Kinqin dünyanın ən çox oxunan yazıçıları sırasında yer tutması danılmaz faktdır.

Davamı

Hər suala bir cavab

Elm31.08.2015

Bu səhifəni uşaqlar, yeniyetmələr üçün hazırlamışıq. Amma bu heç də o anlama gəlməsin ki, səhifəmizi oxuyarkən böyüklər zövq almayacaq. Mütləq alacaqlar, çünki elm öyrənmək, savad almaq insanın əbədi, həmişəcavan arzularındandır. Bəşəriyyət zaman-zaman adamları iki yerə bölüb: savadlılara və bisavadlara. Bütün sivilizasiyalar ona görə sivilizasiya olub ki, içindəki savadlı kəsim, düşünən insanlar artıb, fərqli bir mədəniyyət yarada bilib.

Davamı

Mister Qreyin köpəyi

Ədəbiyyat31.08.2015

(hekayə)

Davamı

Atalı atasızlar

Ədəbiyyat31.08.2015

(hekayə)

Davamı

Nadir şah Əfşarın 1747-ci ildə sui-qəsd nəticəsində öldürülməsindən sonra onun yaratdığı böyük imperiya parçalandı. İmperiyanın parçalanması nəticəsində Azərbaycan ərazisində xırda dövlətlər – xanlıqlar yarandı. Yaranmış müstəqil feodal dövlətlərdən – xanlıqlardan biri də Araz və Kür çayları arasındakı geniş ərazidə yerləşən Qarabağ xanlığı idi. Qarabağ xanlığı İrəvan, Şəki, Gəncə, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi.

Davamı

XVIII əsrin birinci yarısı – Səfəvilər sülaləsinin son dövrü və Nadir Şah Əfşar imperiyasının mövcud olduğu qısa müddət - Azərbaycan tarixinin ən gərgin və maraqlı dövrlərindən biridir. Bu da təsadüfi deyil ki, həmin dövrdə yazılı və şifahi ədəbiyyat, xəttatlıq, miniatür sənəti inkişaf edib, baş verən hadisələri əks etdirən salnamələr qələmə alınıb. Nadir Şahın münşisi Mirzə Mehdi xan Astrabadi məhz həmin dövrün ən etibarlı salnaməçisi sayılır. Mətbuatda tam şəkildə ilk dəfə işıq üzü görəcək onun tarixi sənədlər toplusundan ibarət “İnşa” əsərini bu sayımızdan başlayaraq qəzetimizin oxucularına təqdim edirik. İlk öncə oxucuları filologiya elmləri doktoru Paşa Əlioğlunun əsərə yazdığı ön sözlə tanış edirik.

Davamı

Osmanlı imperiyası. Bu çoxmillətli və çoxdinli türk dövləti tarixin ən böyük imperiyalarından biri və bütün dünyada yaşayan türklərin qürur mənbəyidir. Dövlətin əsası 1299-cu ildə oğuzların Qayı boyundan olan Osman bəy tərəfindən qoyulub. Banisinin Osmanoğulları Bəyliyi adlandırdığı dövlət, sonralar nəhəng imperiyaya çevrilib – dünya tarixinə, siyasətinə böyük təsir göstərib. Üç qitəyə yayıldığı illərdə ən qüdrətli dövrünü yaşayan Osmanlı imperiyası mahiyyətcə əsası Səlcuqlar tərəfindən qoyulan Türkiyə dövlətinin ikinci mərhələsi hesab olunur.

Davamı