Page 11 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 11

həya nın in m sevgi məqamlarını belə, Qarabağ savaşıyla anoloji müstəvidə dərk
           edir.
               "Gülləylə giliz ayrılığıdı bizimki, yəni, böyük eh malla, ölüm deməkdir", yaxud
           "unutmaq – adam şaqqalamaq deməkdir" misallarında olduğu kimi, orijinal bədii
           manerası, sərt intonasiyası ilə seçilən Fəridə Məmmədovanın şeirləri isə göstərir
           ki, birincisi, Feyziyyə bu məsələdə is sna deyil, ikincisi isə savaş ümumən yeni
           yaranmaqda olan poe k qəhrəmanın ar q çölündə yox, içində gedir. Savaş   onun
           bədii yaşam tərzi, psixoloji mövcudluq üsulu, güllə səsləri isə ürək döyüntüləridir:

                          erməni snayperindən yayınmaq üçün
                          pilləkənləri qaça-qaça qalxırlar
                          orda yaşamırlar – gülləylə yarışırlar
                          mən də şəhərdə belə keçirəm küçələrdən
                          xa rələrdən yayınım deyə...


               Klassik ədəbiyyat ənənələri üstündə formalaşan, şeirlərini daha çox əruzda
           yazan Əvəz Qurbanlının marş ritmi üstə köklənən savaş şeirində isə ədəbiyya mızın,
           az qala unutduğu roman k vətənpərvərlik çağırışları səslənir. Diqqət edirsinizsə,
           biz məhz səslənir dedik, çünki ekzistensialistlərin diliylə desək, hər kəsin subyek v
           zamanı  var və Əvəzin daxili  zamanında sözün səsi hələ batmayıb:


                          Odur! Üçrəngli Vətən bayrağı qalxıb havaya,
                          Ruhumu orda şəhid ruhları səslər davaya.
                          Yetər ar q! Bu yolu burda dayandırmalıyıq,
                          Vətən uğrunda Savaş məşəli yandırmalıyıq!

               Əvəz sözün ön cəbhəsindədir, bir də var sözün arxa cəbhəsi. Əvəz idealdan
           danışır, sözün arxa cəbhəsinin təmsilçilərinin şeirləri  isə realı göstərir. Sözün arxa
           cəbhəsinin əsas çoğrafi ünvanı Şəhidlər xiyabanı, əsas mənəvi ünvanı savaşda
           ərini i rmiş qadınların, nişanlısını i rmiş qızların, atasını i rmiş çocuqların ürəyidir.
           Bu gənclərin gözündə savaş Emin Pirinin həzin notlar üstündə köklənmiş aşağıdakı
           şeirində olduğu kimi, güzəran sorunları içində keçən uşaqlıq xa rələri deməkdir:
                                                                                 11
   6   7   8   9   10   11   12   13   14   15   16