Page 15 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 15

edənlər kişilər yox, ar q xanımlar özləridir. Xanımların şeir yaradıcılığı ilə tanışlıq
           milli poeziyamız tarixində ilk dəfə qadınların  kişiləri üstələyə biləcəyi eh malı
           doğurur və istər-istəməz, “bəlkə, Böyük Ana Erası başalayır” fikrinə düşürsən.
           Hə	a möhtəşəm Hillarinin prezident seçkilərində çoxbilmiş Trampa uduzması
           belə, bu fikrə önəmli xələl gə rə bilmir.
               Qadını kişinin qabırğası elan edən minillik mental ənənələrlə barışmayan,
           qəlbin istəyini sosial qadağalara qarşı qoyan, ba  ilə doğu arasında qalan fərdiyyətçi
           Azərbaycan qadını feminist ruhlu şeirin əsas qəhrəmanıdır. Məsələn, özünə Nənə
           təxəllüsü götürməsinə baxmayaraq, Leyla Nənənin poe k qəhrəmanı nənəsi kimi
           ölmək, anası kimi yaşamaq istəmir. Onun şeirlərindəki qrafik vizuallıq sənətdə
           şairi sıxan qaydalara,  an este k, naturalist ruh isə həyatda qadını sıxan qanunlara
           ironiyanın ifadəsidir. Baxın, əgər Natəvan "o zülfi-yar tək xoşbu bənövşə" deyə
           məşuq saçlarının qoxusunu bənövşəyə təşbeh etməklə kişini başa çıxarırdısa,
           Leyla sevgilisinin qoxusunu corab iyinə bənzətməklə kişini ayağa salır:

                          Adam corabının qoxusuyla necə doğmalaşarsa –
                          tək olar, kefsiz olar,
                          elə evə gəldiyi kimi də corablarıyla yatarsa günlərlə
                          bax, elə doğmalaşmışdın mənə
                          corablarım kimi...

               Aysel Novruzun sevgisiz həya n bozluğuna sə ral  ironiya ilə dolu şeiri isə
           göstərir ki, çağdaş qadının ən böyük arzusu azadlıq və bu azadlığın gə rəcəyi
           xoşbəxtlikdir:

                             Qadın evə gəldi,
                             çantasından çoxlu iş,
                             yorğunluq,
                             səbəbsiz kədər,
                             boş ürək çıxardı
                             qoydu masaya.
                             Sonra bişməmiş yeməyi,
                             oğlunun ağrıyan boğazını qoydu.
                             Bir azdan

                                                                                 15
   10   11   12   13   14   15   16   17   18   19   20