Page 7 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 7

Zərrə-zərrə işıq adam
                                  Səmaların qapısına
                                  ça b dayanmışıq, adam!
                                  Bu yuxudan ayılmazlar...
                                  Çaşıb
                                  Oyanmışıq, adam...


               Gəlin, bu misraları roman k şeirin tanrısı H.Cavidin "Yerə enməm də, səma
           şairiyəm" və inqilabi roman k poeziyamızın patriarxı S.Vurğunun  "Göylərə baxıram,
           qapısı bağlı" misraları ilə müqayisədə oxuyaq. Çünki Hədiyyənin şeirinin əsl anlamı
           məhz bu zaman üzə çıxır, aydın olur ki, özünün yüzillik letargiya yuxusuna son
           qoyan poeziyamız metafizik oyanış prosesi yaşayır, göylərin qapısı açılır, bədii
           sözümüz yenidən Cavid səmalarına üz tutur, ədəbiyyat yenidən əbədiyyət üfüqlərinə
           sarı boylanır.
               "...Sənin üçün yola çıxmışam, Tanrıların savaşdığı oraya.. Troyaya" deyən
           Dilqəm Əhmədin düşüncə yolu daha çox tarixidir və o, bu yolun an k-mifoloji
           dönəmindədir. Poeziyanın isə Elşadın monoteizmi, Dilqəmin politeizmi və Hədiyyənin
           metafizikasından, ümumən hər hansı "izm" və "meta"dan daha çox, gözəllik
           önündəki heyrətə, bu heyrə n doğurduğu ruhsal işıqlanmaya dəxli var. Dilqəmin
           üst qatda Aşıq Ələsgərlə, bir neçə köynək dərində Cavid, Nəsimi, Füzuli ilə səsləşən
           bu misralarında olduğu kimi:


                                  tək-tənha bir gecədə
                                  tək-tənha bir küçədə
                                  çıxar ürəyini kibrit qutusundan
                                  ulduzlara sürtüb də yandır
                                  səhər günəşi utansın doğduğundan.

               Ruslan Dost Əlinin xəyal quşu qaçırılmış Ellada gözəli Yelenanın ardınca qoşan
           axey gəmilərinin yox, uşaqlıqda düzəltdiyi kağız gəmilərin başına dolanır. Amma
           hər iki halda xa rlama baş verir, hər iki halda bədii yaradıcılığın mahiyyə  ilə bağlı
           Aristotelin təqlid nəzəriyyəsi yox, Platonun xa rlama ideyası təsdiqlənir. An k
           dahiyə görə, yazmaq xa rlamaqdır və bu xa rələrin diapazonu nəinki insanın,
           nəinki insanlığın ömrünü çevrələyə bilər, əbədi ruhsal qata da keçə bilər və hə	a
                                                                                  7
   2   3   4   5   6   7   8   9   10   11   12