Page 5 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 5

Allah göz yaşlarına inanır



                         stənilən almanax bir camedir – burada hamı yığışıb Sözə birlikdə
                         dua edir. Azərbaycan Respublikası Nazirlər Kabine  yanında Tərcümə
               I Mərkəzinin direktoru, görkəmli nasir, dramaturq, esseist, publisist,
           tərcüməçi, Əməkdar incəsənət xadimi Afaq Məsudun təşəbbüsü ilə düzənlənən
           bu almanaxa öz şeir və hekayələri ilə yetmişə yaxın gənc yazar toplanıb. Bu
           cavanların sırasında özəl istedadı ilə seçilənlər də, sadəcə bəlli bədii-este k
           ölçülərə cavab verənlər də var. Çünki almanax komissiyası heyə nin məqsədi
           oxucuya beş-on imzadan ibarət istedadlar buke  təqdim etmək yox, yeni nəsil
           Azərbaycan ədəbiyya nın ən genəl mənzərəsini göstərməkdir. Həqiqət müqayisədə
           üzə çıxır. Təəssüf ki, yazının həcmi imkan vermədiyindən, ön sözdə yalnız ən
           səciyyəvi imzalar barədə söz açmaq zorundayıq.
               Yeni nəsil yazarlar qarma-qarışıq yuxunu xa rladan 90-cı illərdən, bu tarixi il -
           lə rin bir az ümidsizlik gə rən, bir az da ümid verən ruhundan doğulublar.  Ümid və
           ümidsizlik... Son on ilə qədər bu iki söz gənclərin çoxunun yazılarının al ndan da
           keçirdi, üstündən də. Gənclər özlərindən öncəkilərdən daha səmimi, cəsarətli, re -
           a list... olmaq çabaları göstərir, amma onların ən radikal təmsilçilərində səmimiyyət
           çox vaxt aşırı açıq-saçıqlığa, üsyankarlıq üsyanbazlığa, keçmişlərin tənqidi dərki
           nihilizmə çevrilirdi.
               Xoşdur ki, son illər bədii sözün mənəvi iqlimi, psixoloji aurası bayağı inkarçılıqdan,
           vulqar nihilizmdən getdikcə daha çox arınır, ədəbiyyatda yenidən Müşfiq küləkləri
           əsməyə başlayır. Bu dönüşdə keçid dönəminin başa çatması ilə bağlı toplumsal
           stabilləşmə prosesinin rolu danılmazdır. Amma problemin çözülməsinin ba ni
           yönü də var. Bu gün bədii fikir bir neçə imzanı çıxmaqla, on illərdən bəri unutduğu
           Allah ideyasına qayıdır, poeziya yenidən duaya çevrilir, ədəbiyyat əbədiyyətlə
           nəfəs alır, yerlə göyün dialoqu bərpa olunur.
               Sevən və sevgisi yolunda ağrılarla uğraşan qadın qəlbinin gizli sirlərini, mübhəm
           həyəcanlarını  Marina Svetayeva cəsarə  ilə açıqlayan, amma bu cəsarətə Natəvan
           həyası qatan  Arzu Hüseynin Allaha ünvanlanan bu misralarını çağdaş poeziyadakı
           aparıcı yönlərdən birinin proqram-manifes  saymaq olar:

                                                                                  5
   1   2   3   4   5   6   7   8   9   10