Elektron ədəbiyyat və sənət portalı

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (Bakı, 2013) üzərində aparılmış genişmiqyaslı, peşəkar araşdırmanın nəticəsi olaraq belə bir qərara gəlmişdir ki, o, nə elmi, nə də praktik baxımdan müasir tələblərə cavab vermir. Mərkəzin “Aydın yol” qəzetində lüğətin qüsurları barədə təqdim edilən ardıcıl (və demək olar ki, təkzibolunmaz) materiallar da göstərir ki, Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin yaradılmasına ehtiyac var.

Davamı

Uşaqlıq xatirələrimin əksəriyyəti birbaşa, yaxud dolayısıyla, Yazıçılar İttifaqıyla bağlıdır. Zaman vardı ki, İttifaqın iki dənə yaradıcılıq evi vardı – biri Şüvəlanda, ikincisi Şuşada...

Davamı

Kamal Abdullanın dilçiliklə bağlı araşdırmaları, “Dədə Qorqud” dastanlarının alt qatlarında gizlənmiş mətləbləri üzə çıxarmaq cəhdləri, poetik eksperimentləri, rus ədəbiyyatının “gümüş dövrü”ndən tərcümələri, dramaturgiyada ortaya qoyduğu bir-birindən maraqlı əsərləri, hekayə və romanları, nəhayət, ədəbi-tənqidi məqalələri və esseləri… olmadan son dövr ədəbiyyatımızın bütöv mənzərəsini təsəvvür eləmək mümkün deyil. Üstəlik, o, son dövrdə ədəbi həyatımızın canlanması, xüsusilə cavan və gənc qələm sahiblərinin fəal ədəbi prosesdə iştirakı, onların əsərlərinin dəyərləndirilməsi yönümündə ölçüyəgəlməz işlər görüb.

Davamı

Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin yaradıcılığına həsr edilmiş gecə təşkil olunub.

Davamı

Kompüter əsrinin müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Belə ki, kompüterə, mobil telefonlara ayrılan zaman və enerji, mütaliənin vaxtından “oğurlanır”. Söhbət irihəcmli əsərlərdən gedirsə, bu məsələdə vəziyyət daha pisdir. Müxtəlif yazıçıların tarixə ən uzun romanlar kimi düşmüş əsərlərini oxuyanlara, sözün əsl mənasında, həsəd aparmaq olar. Aşağıda ədəbiyyat tarixinə 10 ən uzun roman kimi düşmüş əsərlərin siyahısını təqdim edirik.

Davamı

Orfoqrafiya lüğətinin tərifi: “Orfoqrafiya lüğəti - sözlərin düzgün yazılış qaydasını bildirən dil vəsaitidir”

Davamı

“Business Insider” saytı 2016-cı ildə dünyada ən çox satılan kitabların siyahısını tərtib edib. Siyahı dünyanın ən böyük onlayn satış servislərindən olan “Amazon”un satış reytinqinə əsasən tərtib edilib. Reytinq siyahısı göstərir ki, bütün dünyada, əsasən cəmiyyəti maraqlandıran mövzulara dair kitablar satılır. Kimi övlad tərbiyəsinə, kimi qida və sağlamlığa, kimisi də ədəbiyyata aid kitablara maraq göstərir. Ancaq təbii ki, Harri Potter haqqında olan kitablarla maraqlananların sayı 2016-cı ildə də üstün olub. Beləliklə, siyahını təqdim edirik.

Davamı