“Aydın Yol” qəzeti 1990-cı il yanvrın 20-də Bakıya, dinc şəhərə vəhşicəsinə hücum edən sovet qoşunlarının törətdiklərinin şahidi olan adamların xatirələrini dərc edir. Moskva  mətbuatı 1990-cı ildə dinc nümayişə çıxıb qətlə yetirilən insanları ekstremist adlandırdı. Bu yazıda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə hərbi terrordan əziyyət çəkənlərə inanılmaz dərəcədə ağır şərtlərdə yardım edən həkimlərin ifadələri toplanıb.

Davamı

 “Bu, quş dilidir...”

«Aydın Yol»çular15.01.2016

Deyirlər, Süleyman peyğəmbər heyvanların, xüsusən də quşların dilini mükəmməl bilir və dünyanın bir çox hikmətləri barədə bu məxluqlarla söhbət edirmiş...

Davamı

İnadkar, dürüst, haqlı...

Mədəniyyət15.01.2016

...Bayaqdan özünə yer tapa bilmir, çəkiliş meydançasında fikirli-fikirli var-gəl edirdi. İkinci dubl da alınmamışdı. İlk baxışdan, bəlkə də çəkilmiş material pis deyildi, montajda yardımçı planların köməyi ilə vəziyyətdən çıxmaq olardı. Lakin bu kadrlar lap hamını qane etsəydi belə, onu, neçə ilin təcrübəli rejissorunu heç bir vəchlə razı sala bilməzdi. İndi bütün çəkiliş qrupu - işıqçılardan tutmuş əlbəsəçilərədək, operatordan tutmuş aktyorlaradək hamı nəfəsini çəkib onun qərarını gözləyirdi.

Davamı

...Sirli Tehran yazın ilk qədəmlərinə qulaq versə də, hələ qış yuxusundan tam oyanmayıb. Günəşin zəif şüaları sanki bu nəhəng şəhəri isindirməyə kifayət eləmir. Bir də ki, ilk baharın bu erkən, yalançı istisi qoca Tehranın nəyinə gərəkdi? Qazan kimi qaynayan möhtəşəm şəhərin həyatı onsuz da burulğanı xatırladır. Təmkinli Tehran nəyin nə vaxt və nə qədər lazım olduğunu yaxşı bilir...

Davamı

Böyüklər üçün dərs

«Aydın Yol»çular08.01.2016

Yeni il tətili hər birimizin yaddaşında fərqli iz buraxdı. Kimi yaxın-uzaq ölkələrə səyahətə çıxdı, kimi bayramı dostla, qohumla süfrə arxasında keçirdi, bəziləri də şaxtalı yanvarın ilk günlərində evdə oturub mütaliəyə, yaxud TV kanallarda hazırlanmış bayram verilişlərinə baxmağa üstünlük verdi.

Davamı

Doğrudanmı 30 x 20 = 600 eləyir?

«Aydın Yol»çular08.01.2016

“Riyaziyyat – baş aldatmagın ən mükəmməl metodudur”

A.Eynşteyn

Davamı

Şəkil haqqında ballada

Ədəbiyyat08.01.2016

(Esse)

Davamı

Sona Cabbarlının xatirələri

Ədəbiyyat08.01.2016

Törə xanım Şərəbanını bizə gətirdi. Cəfər onunla xeyli söhbət etdi. ”Almaz”ın finalında Fatmanisənin komissiya qarşısında söylədiyi sözlərin bəziləri Şərəbanının həmin söhbətindən götürülüb. Sonradan mən “Almaz”ı oxuyanda Cəfərdən soruşdum ki, deyəsən, Şərəbanın sözlərini Fatmanisənin dili ilə vermisən?

Davamı