Novruz təbiətin oyanışını, gecə ilə gündüzün bərabərləşməsini, əkinçilik həyatının başlanğıcını, ölüb-dirilən təbiəti özündə təcəssüm etdirən ulu bayramdır. Novruzu bəzən Zərdüşt, bəzən isə İslam mədəniyyəti ilə bağlamağa çalışırlar. İran mədəniyyətində Novruz, Zərdüştün anadan olduğu, onun Avestanı dünyaya gətirdiyi gün və s. məsələlərlə əlaqələndirilir, yazın başlanması, gecə ilə gündüzün bərabərləşməsi, xeyir və şər qüvvələrin gücünün tarazlaşması, həm də bu andan etibarən Ahurəməzdanın timsalı olan işığın, Günəşin zülmətə, şərə, qara qüvvə rəmzi olan Əhrimənə qalib gəlməsi kimi başa düşülürdü.
Davamı