Elektron ədəbiyyat və sənət portalı

Azərbaycan dilinin rəsmi-kargüzarlıq üslubunun türkcəninkindən bariz şəkildə fərqlənməsinin bir səbəbi bu üslubun təşəkkülü və formalaşmasına birbaşa rus dilinin təsiri idisə, digər səbəbi sovet ictimai-siyasi quruluşunun inzibati-komanda metodunun, təkpartiyalı sistemin əmr-icra mexanizminin dildə inikası idi. Ən sadə, günlük məişət məsələlərinə dair tapşırıqlar belə ədəbi dildə üslub etibarilə əmr və sərəncam, göstəriş şəklində ifadə edilirdi. Bu üslub ədəbi yazı dilimizə bu gün də hakimdir və görünür, bunun dəyişməsi üçün xeyli vaxt lazım olacaq. Məsələn, papiros çəkilməməsi üçün çoxsaylı qadağanedici cümlədən ən sərti işlədilirdi: Papiros çəkmək (qəti) qadağandır! Vaxtilə bununla əlaqədar Azərbaycan Dövlət Universitetinin koridorlarında divarlardan asılmış “yumşaq” üslublu rusca və azəricə elanlar çoxlarını təəccübləndirmişdi: “У нас не курят;  Bizdə papiros çəkmirlər”. Bu qəbildən olan ifadələrin türkcələrində felin əmr forması yerinə xahiş, rica çalarlarını da ehtiva edən arzu və şərt şəkillərindən, feilin geniş zamanının formalarından istifadə olunur: “Sigara içilmez; Park yapılmaz; Girilmez; Buyurulur; Duyurulur”  və s.

Davamı

Hiss və duyğularla bəndlənən, qapısıaçıq «alaçığın» sahibəsi

Davamı

Ziyalılar cəbhədəki son hadisələri necə dəyərləndirir

Davamı

Orfoqrafiya lüğətinin tərifi: “Orfoqrafiya lüğəti - sözlərin düzgün yazılış qaydasını bildirən dil vəsaitidir”

Davamı

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri - Artur Millerin “7 pyes” kitabı işıq üzü görüb.

Davamı