Elektron ədəbiyyat və sənət portalı

“Sərdabənin sirri” tarixi romanı Azərbaycan dilində

ARNK yanında Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli Ukrayna nasiri Nikolay Xomiçin “Sərdabənin sirri” kitabı işıq üzü görüb.

Nikolay Xomiç:

* “Su pərisinin gecəsi”, “Zaman”, “Yalan torpağı”, “Sərdabənin sirri” romanlarının müəllifi; 
* “Voin sveta”, “Don Kixot” beynəlxalq ədəbiyyat mükafatları laureatı;
* Əsərlərinin əsas mövzusu – itirilmiş tarixi yaddaşın bərpası.

“Sərdabənin sirri” romanı qədim Kiyev-Rus dövləti hakimiyyəti dövrü yaşanan tarixi hadisələri, Qərb və Bizans sivilizasiyaları arasında seçim etmək məcburiyyətində qalmış Ukrayna xalqının keçdiyi ağrılı-acılı yolu əks etdirir.

Əsəri dilimizə Saday Budaqlı və Fərhad Abdullayev tərcümə edib.

Kitabın redaktoru Bəhlul Abbasovdur.