Elektron ədəbiyyat və sənət portalı

Nuray Hafiftaş   

Bölmə: Beynəlxalq 16.02.2018

Huray Hafiftaş 1964-cü ilin 8 avqustunda Türkiyənin Ardahan vilayətinin Çıldır bölgəsində doğulub. Azərbaycan əsilli ozan xanım ibtidai sinfi İstanbulda oxuyub. İstanbul Texniki Universitetinin konservatoriyasını bitirdikdən dörd il Nuray Hafiftaş İstanbul Bələdiyyə Konservatoriyasında işləyib. Belə gənc yaşda, bu böyük uğur idi. Həmin illərdə İstanbul radiosunda da dörd il çalışan sənətkar sözləri və musiqisi özünə aid olan yüzdən çox əsər yazıb, onlarla musiqi albomu çıxarıb. Onlardan “Ayrılıq nikahı”, “Yalan dünya” və “Üsyan edirəm” mahnılarını məşhur türk müğənniləri ifa edib.

Türk xalq musiqisinə sonsuz sədaqəti və məhəbbəti ilə yanaşı hər zaman yeniliklərə də açıq olub. Həmçinin musiqi aləmində böyük nüfuzuna baxmayaraq hətta ən gənc ifaçılara belə yeri gələndə vokalistlik etməklə insanlığın ən üstün dəyəri hesab edib.

Nuray Hafiftaş “Eyvah könül” albomu ilə türk xalq musiqisinin klassiklərinin sırasına daxil ola bilib.

Bir müddət əvvəl xərçəngə tutulan sənətkar bu ilin 14 fevralında dünyasını dəyişib.

Həyatını türk xalq musiqisinə həsr edən Nuray Hafiftaş ailə həyatı qurmayıb. Xalqın sevimlisi olmuş bu mavi gözlü xalq ozanının bütün müalicə xərcləri dövlət tərəfindən qarşılanıb. Vida mərasimi də Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi göstərişi ilə dövlət tərəfindən təşkil olunub.