Elektron ədəbiyyat və sənət portalı

E L A N

Bölmə: Özəl baxış üçün 07.02.2018

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərcümə işinin təkmilləşdirilməsi məqsədi ilə aşağıdakı istiqamətlər üzrə kurslar təşkil edir.

1. İxtisasartırma kursları – ingilis, fransız, ispan, türk, ərəb və rus dilləri üzrə (xəbər materiallarının hazırlanması və bədii mətnlərlə iş)
2. Dil kursları – ingilis, alman, fransız, ispan, türk, ərəb, çex və rus dilləri və dil biliyi səviyyələri üzrə


Dil kurslarının müddəti (aylıq ödəniş 50 AZN olmaqla, qrup halında) – 6-12 ay;
İxtisasartırma kurslarının müddəti (aylıq ödəniş 60 AZN olmaqla, qrup halında) tərcüməçinin peşəkarlıq səviyyəsindən asılı olaraq 2-12 ay.
Məşğələlər həftədə 2 dəfə, hər dərs 1.5 saat olmaqla, Tərcümə Mərkəzinin inzibati binasında keçiriləcək.
Qəbul qeydiyyatı davamlıdır.

Kurslara qeydiyyata düşmək üçün aşağıdakı sənədlər Mərkəzin elektron poçtuna göndərilməli, yaxud kağız formatında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Kurs rəhbərliyinə təqdim edilməlidir.
Sənədlər:


1. Şəxsiyyət vəsiqəsinin surəti
2. CV

Ünvan: Əlimərdan Topçubaşov küçəsi, 74.
E-mail: idk@aztc.gov.az
Əlaqə telefonu: (+994 12) 595-10-69 (daxili nömrə 115)
Mobil: (+994 50) 499 35 58