Şervud Andersonun hekayələr toplusu Azərbaycan dilində

Xəbərlər 02.02.2018

ARNK yanında Tərcümə Mərkəzinin yeni nəşri – Amerika ədəbiyyatının görkəmli simalarından olan Şervud Andersonun hekayələrindən ibarət "Vaynzburq Ohayo" kitabı işıq üzü görüb.

Kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Əllər”, “Kağız yumruları”, “Ana”, “Filosof”, “Heç kəs bilmir”, “Əlvida", "Vaynzburq” kimi hekayələri daxil edilib.

Kitabı orijinaldan Azərbaycan dilinə Təvəkgül Zeynallı tərcümə edib.