Elektron ədəbiyyat və sənət portalı

Türkiyə Səfirliyinin rəsmisi Tərcümə Mərkəzində

Bölmə: Özəl baxış üçün 26.01.2018

Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət və turizm müşaviri İrfan Çiftçi ARNK yanında Tərcümə Mərkəzində olub. Görüş zamanı türk dilində Ankarada nəşr olunmuş ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Türkiyə universitetlərinin kitabxanalarına yerləşdirilməsi, ali və orta təhsildə istifadəsi, eləcə də Türkiyə-Azərbaycan ədəbiyyatları arasında ədəbi mübadilələrin inkişafına dair digər məsələlər müzakirə olunub.