Elektron ədəbiyyat və sənət portalı

Şimali Kipr Türk Cümhuriyyətinin Təhsil və Mədəniyyət naziri Tərcümə Mərkəzində

Bölmə: Özəl baxış üçün 29.09.2017

Sentyabrın 29-da Şimali Kipr Türk Cümhuriyyətinin Təhsil və Mədəniyyət naziri cənab Özdəmir Berovanın başçılıq etdiyi nümayəndə heyəti və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi xanım Üfüq Turganer ARNK yanında Tərcümə Mərkəzində olub. Görüş zamanı Azərbaycan ədəbiyyatının və dilinin Kipr universitetlərində tədrisi, Mərkəzin Azərbaycanın tarixi, qədim mədəniyyəti, Qarabağ hadisələri ilə bağlı 10 dildə yayımladığı “Azərbaycan həqiqətləri”nin kütləvi yayımı məsələləri müzakirə olunub.

Görüşün sonunda Şimali Kipr Türk Cümhuriyyətinin Təhsil və Mədəniyyət nazirliyi tərəfindən Mərkəzin direktoru Afaq Məsuda xatirə hədiyyəsi təqdim olunub.