Elektron ədəbiyyat və sənət portalı

Bakı növbəti beynəlxalq kitab sərgisinə hazırlaşır

Bölmə: Özəl baxış üçün 28.08.2017

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək sərgi Bakı İdman Sarayında reallaşacaq.
Sərginin təşkilində əsas məqsəd ölkədə kitaba, mütaliəyə marağın daha da artırılması, Azərbaycan oxucusunun yerli və xarici nəşr məhsulları ilə yaxından tanışlığı, eyni zamanda yerli və xarici nəşriyyatlar, kitab evləri arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.
Sentyabrın 30-dək davam edəcək sərgidə 100-dən çox yerli, 30-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatların iştirakı gözlənilir.
Artıq ənənə halını alan bu kitab bayramı çərçivəsində dünyanın müxtəlif nəşriyyat-poliqrafiya müəssisələrinin çap işləri nümayiş olunur, tanınmış şair-yazıçılarla görüşlər, çoxsaylı təqdimatlar və digər tədbirlər keçirilir. 

AZƏRTAC