Elektron ədəbiyyat və sənət portalı

Beynəlxalq İstanbul Kitab Yarmarkası 4 noyabrda təşkil olunacaq

Bölmə: Özəl baxış üçün 28.08.2017

Türkiyədən və xaricdən 800-dən artıq nəşriyyatın, ictimai təşkilatın qatılacağı ehtimal edilən yarmarkada 9 gün boyunca panel, şeir gecəsi və uşaq ədəbiyyatı atelyelərindən ibarət olan mədəni tədbirlərdə, imza günlərində yazıçılar oxucularla görüşəcək.

Yarmarkanın Fəxri qonağı və Mövzusu müəyyənləşdi

Yarmarkanın builki Fəxri qonağı Ayla Kutludur. Yarmarka müddətində Ayla Kutlunun həyatı və əsərləri haqqında özünün də iştirakı ilə müxtəlif panellər və söhbətlər təşkil ediləcək.

Yarmarkanın mövzusu isə “Yaxşı ki, Varsan Ədəbiyyat” kimi müəyyənləşdirilib.

Qonaq ölkə: Koreya  

Yarmarkanın bu il qonaq ölkə kimi Koreya dəvət edilib. Beynəlxalq Salonda ilk 4 gün ərzində Koreya ədəbiyyatı və mədəniyyəti təqdim ediləcək. Yarmarkaya Koreyanın məşhur yazıçıları qatılacaq.

Yarmarkanın tədbirlər planı və dəvətli qonaqların dəqiq siyahısı sentyabr ayında açıqlanacaq. 

 SİMSİM.AZ