Elektron ədəbiyyat və sənət portalı

Maşın tərcüməsi sənayesində yenilik

Bölmə: Beynəlxalq 10.05.2017

Mayın 8-də ABŞ-ın San-Dieqo şəhərində tərcümə texnologiyası üzrə dünyanın ən aparıcı şirkəti sayılan, “SYSTRAN” son ixtirası olan tərcümə icrası proqramının qapalı nümayişini keçirib. Yeni ixtira digər maşın tərcümə proqramlarından tərcümənin sözbəsöz deyil, cümləbəcümlə edildiyinə görə fərqlənir.
Demək olar ki, bütün cümlələr və müxtəlif sahələr üzrə terminlər proqramın yaddaşına hazır şəkildə köçürüldüyü üçün bədii, elmi-texniki, rəsmi sənəd və sairə kimi mətnlərin sürətli və dəqiq tərcüməsinə zəmanət verilir.
Bununla yanaşı, əgər proqrama daxil edilən dildəki cümlələrdə orfoqrafik və ya qrammatik səhvlər olarsa, maşın tərcümə proqramı həmin səhvləri istifadəçiyə göstərə bilir. Belə ki, daxil olunan yalnış sözlər xüsusi üsulla işarələnir, cümlə aydın olmadığı halda isə burada söz, sırasını avtomatik dəyişir və cümlənin daha üstün versiyaları təklif edilir.
İrihəcmli elmi və ya texniki əsərlərin tərcüməsinin icrası zamanı proqram əsəri sonacan oxuyur və onun məzmununu mənimsəyərək, omonim sözlərin buna uyğun tərcüməsini seçməklə mətni tərcümə edir. Bu halda tərcümə olunmuş irihəcmli əsərin məzmunu orijinala uyğun şəkildə qorunub saxlanılır.
“SYSTRAN” şirkətinin vitse-prezidenti Ken Behan yeni texnoloji məhsul haqda belə deyib: “Dil sərhədlərini aradan qaldıran son ixtiramız dünya şirkətlərinə bir-birini görmədən belə beynəlxalq kommunikasiya üçün sürətli və keyfiyyətli üsul təqdim edir”
Təxminən bir ay ərzində proqramın dünya bazarlarına çıxarılması nəzərdə tutulur.