Elektron ədəbiyyat və sənət portalı

Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondunun uşaq ədəbiyyatına töhfəsi

Bölmə: Beynəlxalq 08.05.2017

Astanada Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondu – Xalq Liderləri və Dövlət Dili İnkişafı Fondu dörd cilddən ibarət «Tәтті алма» (nəsr – poeziya) nağıllar və teatr səhnələrindən ibarət uşaq ədəbiyyatı toplusunun təqdimatını keçirib.

«Тәтті алма» toplusunun tərtib edilməsi yeni nəslin mənəvi və intellektual səviyyəsinin, yaradıcılıq qabiliyyətinin, dərketmə bacarığının inkişafına xidmət edir.

Toplunun birinci və ikinci cildi ölkə başçısı Nursultan Nazarbayevin dil layihələri üçün Dövlət Dili İnkişafı Fonduna ayırdığı vəsaitlə 2015-ci ildə nəşr olunub. Üçüncü və dördüncü cildlər isə Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondu – Xalq Liderlərinə ayrılan vəsaitlə həyata keçirilib.

Toplunun üçüncü və dördüncü cildlərində xeyirxahlıq və gözəllik, təbiətə qayğı göstərməyin təbliğinə geniş yer ayrılıb.

Tədbirdə Sultan Aytcanov Fondunun direktor müavini, Dövlət Dili İnkişafı Fondunun direktoru Azad Şauyev, toplunun tərtibatçıları – yazıçı Şaken Qumisbəyli və Əkbərən Elgəzək, Qazaxstanın tanınmış içtimai xadimləri və məktəblilər iştirak edib.