Azərbaycan poeziyası Kolumbiyada

Beynəlxalq 08.05.2017

ARNK yanında Tərcümə Mərkəzi ilə Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyinin birgə layihəsi olan, Kolumbiya və Azərbaycan şairlərinin şeirlər toplusu – “İyirmi şeir” kitabı işıq üzü görüb.

ARNK yanında Tərcümə Mərkəzi ilə Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyinin birgə layihəsi olan, Kolumbiya və Azərbaycan şairlərinin şeirlər toplusu – “İyirmi şeir” kitabı işıq üzü görüb. Kolumbiya Milli Nəşriyyatında ərsəyə gəlmiş kitaba Nizami Gəncəvi, İmadəddin Nəsimi, müasirlərimizdən Səməd Vurğun, Mikayıl Müşfiq, Əli Kərim, Məmməd Araz və sair şairlərin şeirləri daxil edilib.

Şeirlər ispan dilinə Ramizə Həsənova, Azərbaycan dilinə Emin Ələsgərov tərəfindən tərcümə olunub.