Çağdaş Ukrayna şeiri kitabı işıq üzü görüb

Dünya ədəbiyyatı Azərbaycanda 21.04.2017

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – Çağdaş Ukrayna şeiri (“Kişi, qadın və çətir”) kitabı işıq üzü görüb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – Çağdaş Ukrayna şeiri (“Kişi, qadın və çətir”) kitabı işıq üzü görüb.

Kitabda XX və XXI əsr Ukrayna ədəbiyyatının müxtəlif nəsillərini təmsil edən otuz şairin poeziyasından seçmə nümunələr toplanıb.

Müasir Ukrayna poeziyasının ümumi mənzərəsini təqdim edən şeirlər toplusu dərin poetik yaşantılar – zamanın axarı, sözün sehri və bədii mətnin enerjisi ilə sanki bir bütövlük, vəhdət təşkil edir.

Şeirləri dilimizə tanınmış Azərbaycan şairləri Salam Sarvan, Mahir Qarayev və Zahid Sarıtopraq çevirib.

Kitabın redaktoru Yaşar Əliyev, ön sözün müəllifi Salam Sarvandır.