Kolumbiya Respublikasının rəsmisi xanım Marta Galindo Tərcümə Mərkəzində

Beynəlxalq 06.02.2017 102

Yanvarın 25-də Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Marta Galindo və konsulu xanım Kelly Chaib De Mares Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olublar.

Yanvarın 25-də Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Marta Galindo və konsulu xanım Kelly Chaib De Mares Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olublar. Görüş zamanı Tərcümə Mərkəzi ilə Kolumbiya səfirliyinin birgə layihəsi olan “İyirmi şeir” (Kolumbiya və Azərbaycan şairlərinin şeirlərinin toplandığı) kitabının nəşrinə dair yekun məsələlər müzakirə olunub. Nəşri bu ilin aprel ayında Kolumbiya Milli Nəşriyyatında baş tutacaq kitabın təqdimatı və digər ispandilli ölkələrdə nəşrinə dair fikir mübadiləsi aparılıb.