“Kommersant Weekend” jurnalı Azərbaycan rəssamlarının sərgisi haqqında

Xəbərlər 03.12.2016 125

Rusiyada nəşr olunan “Kommersant Weekend” jurnalında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisi haqqında məqalə dərc olunub. Heydər Əliyev Fondunun, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və “Mərcani” Fondunun dəstəyi ilə Tretyakov Qalereyasında keçirilən sərginin açılışında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdi.

Məqalədə jurnalist Anna Tolstaya Abşeron rəssamlıq məktəbindən söz açır, bu cərəyanın davamçılarının yaradıcılığını “sovet Azərbaycanının qeyri-sovet incəsənəti”nin nümunələri kimi səciyyələndirir.

Xatırladaq ki, noyabrın 14-də açılan sərgi 2017-ci il fevralın 26-dək davam edəcək.

Fəridə ABDULLAYEVA