Elektron ədəbiyyat və sənət portalı

Məhəmmədhüseyn Şəhriyarın 110 illiyi qeyd ediləcək

Bölmə: Beynəlxalq 27.10.2016

AzərTAc xəbər verir ki, yubiley mərasimi Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı əsasında baş tutacaq.

Tədbirdə şeirimizi yüksək zirvələrə qaldıran, insanlara vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyası təbliğ edən, milli ruhun oyanışında, milli özünütanımada böyük xidmətləri olan Şəhriyar yaradıcılığından söz açılacaq. Klassik şeirin bütün janrlarına müraciət edən şairin şeirlərindən nümunələr səsləndiriləcək.